Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məntəqələrdə baş verən pozuntulara növbəti dəfə münasibət bildirib. MSK-nın bu gün keçirilən iclasında M.Pənahov bildirib ki, məntəqələrdə baş verən pozuntularla bağlı dairə seçki komissiyalarına müraciət etmək lazımdır: “Şikayət verən bəzi namizədlər narahatdır. Amma onların narahatlığına heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı isə məsələlərə DSK-larda baxılır”.
Read More »İlqar Məmmədov mitinqi MSK-nın qarşısına təyin etdi
Sabah Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçiriləcək.Boyukmillet.com xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib. O qeyd edib ki, fevralın 16-da keçiriləcək aksiyanın konkret olaraq təşkilatçısı yoxdur. “Fevralın 16-da bazar günü saat 15:00-da haqqı pozulan bütün seçicilər, müşahidəçilər, namizədlər MSK-nın qarşısında dinc və demokratik mitinqə gəlsin. Bu hər hansı partiyanın, təşkilatın ya da şəxsin aksiyası …
Read More »Vilayət Eyvazov rəislərə tapşırıq verdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində (DİN) polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaş ilə görüşüb. Boyukmillet.com xəbər verir ki Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyərək, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı …
Read More »“Milli Məclisin spikeri ancaq YAP-dan ola bilər”
VI çağırış parlament seçkilərində qələbə qazanan deputat Qənirə Paşayeva onun Milli Məclisin sədri olacağı ilə bağlı iddialara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Q. Paşayeva feysbukda bildirib ki, sosial mediada, bəzi media orqanlarında onun Milli Məclis sədri olacağı barədə əsassız xəbərlər dolaşmaqdadır: “Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. …
Read More »Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Qarabağ məsələsini birtərəfli fəaliyyətlə həll etmək mümkün deyil. Əgər hansısa Ermənistan hakimiyyəti birtərəfli addımlar atsa belə, bu, problemi həll etməyəcək, onu daha da dərinləşdirəcək. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Fridrix Ebert Fondunda çıxışı zamanı deyib. Paşinyan çıxışı zamanı guya yenilik edərək, Qarabağ məsələsində ərazi iddialarının gündəmə gətirilməməsi gərəkdiyini bildirib: “Azərbaycanda ərazilər haqqında danışmağı çox sevirlər, amma …
Read More »İqbal Ağazadə də MSK-nın qərarından danışdı: “Dəlil və sübutlar…”
Nəticələri ləğv olunan 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadə də Mərkəzi Seçki Komissiyasının ləğv qərarına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, İ. Ağazadə seçicilərə müraciətində bildirib ki, belə bir situasiyanın yaranması onun üçün sevindirici hal deyil: “Çünki, biz sizin səsinizlə qalib gəlmişdik. Həm protokollar, həm də videomateriallar var idi. Dairə və məntəqə …
Read More »Hadı Rəcəblinin dairəsi də ləğv edildi
74 saylı Lənkəran Kənd Seçki dairəsindən qeydə alınmış namizəd Rəvan Bəşirov və Əzizxan Əzizov Mərkəzi Seçki Komissiyasına müraciət edib. Boyukmillet.com xəbər verir ki, seçki məntəqələri üzrə nəticələrin ləğv edilməsini tələb edib. Səslərin hesablanmasında və protokolların tərtib edilməsində seçki qanun vericiliyinin pozulduğu, protokolların müşahidəçilərə verilməməsi faktları öz əksini tapıb. Bir sıra məntəqələrdə seçicilərin iradəsinə müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar olunub. 27 …
Read More »Rauf Arifoğlunun dairəsi də ləğv edildi
Ümid Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə bildirilir ki, səsvermə prosesində DSK məntəqələrinin əksəriyyətində seçici fəallığı yüksək olmayıb, protokolların tərtib edilməsində ciddi qanun pozuntularına yol verilib. Seçicilərin sayı artıq göstərilib. Protokollar partiya nümayəndələrinə verilməyib. MSK bununla bağlı sosial şəbəkələrdə yayılan görüntüləri araşdırıb. MSK tərəfindən 35 saylı seçki dairəsində quraşdırılmış 10 veb-kamera da araşdırılıb. …
Read More »Zaxarovadan Ərdoğana: Qəbul etmirik!
Rusiya Xarici İşlər Nazirliyi İdlibdə dinc əhalinin hədəf alınması ilə bağlı Türkiyənin ittihamlarını qəbul etmir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, təmsil etdiyi nazirlik Türkiyə-Rusiya arasında fikir ayrılıqlarını inkar etmir və məhz bu səbəbdən rusiyalı ekspertlər bu yaxınlarda Türkiyə tərəfi ilə görüşərək danışıqlar aparıblar. Zaxarova növbəti belə görüşün …
Read More »Azad Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edildi – SƏRƏNCAM
Prezident İlham Əliyev fevralın 12-də Azad Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un məlumatına görə, Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilsin”.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
