Çərşənbə axşamı , 21 May 2024

Siyasət

Samir Adıgözəlli:”Rusiyanın istənilən qonşu ölkədə kifayət qədər agentura şəbəkəsi var. “

 “Hazırda Risiyanın xüsusi xidmət orqanlarının fəaliyyətinə daha çox ölkənin daxilində ehtiyac var, nəinki xaricdə” Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi əhali tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi mövcud vəziyyətə etiraz etsə də, digər bir qismi çıxış yolunu ölkəni tərk etməkdə tapıb. Məhz bu səbəbdən də, dövlət başçısının məlum çıxışından sonra rusiyalıların ölkədən kütləvi qaçışı başlayıb. …

Read More »

QHT sədri prezdentə məktub ümvanladı

Boyukmillet.com xəbər verir ki, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Mətanət Əsgərqızı ölkə başçısına məktub ünvanlayıb. Məktubda deyilir: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə Açıq Məktub. Müzəffər Ordunun Ali Baş Komandanı cənab İlham Əliyev, Torpaqlarımızın azadlığı naminə gördüyünüz işlər hər kəsin diqqətindədir. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına şamil olunan bütün qərar və sərəncamlarınızın da şahidiyik. …

Read More »

Makron Ermənistanı savaşa sövq edir – ÖZƏL

“Fransa bir qayda olaraq Ermənistanın maraqlarına xidmət edən, bu ölkəyə hər tərəfli himayə göstərən dövlət olub. İkinci Qarabağ müharibəsi zamanı da biz bunun əyani şahidi olduq” Boyukmillet.com xəbər verir ki, bu fikirləri “OLAYLAR”-a İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə “Azərbaycan əvvəlki sərhədlərinə qayıtmalıdır” tələbinə münasibət bildirərkən səsləndirib. Təşkilat …

Read More »

Yasemin Özdemir Heydər Əliyev adına Mədəniyyət Evini ziyarət etdi

Akparti Qadın Qolunun rəhbəri, Heydər Əliyev adına Mədəniyyət Evini ziyarət etdi. Sentyabrın 20-də Akparti Qadın Qolunun rəhbəri, Usta Memar Xanım Yasemin Özdemir ilə, idarə Heyətinin üzvləri İpar Katre, Necla Timurtaş və Ülkü Hür Heydər Əliyev adına Mədəniyyət Evimində olub, çox səmimi və önəmli söhbət edərək fikir mübadiləsi aparıblar. Bu illər ərzində apardığımız işlərlə bağlı geniş məlumat verdik. Sonda kitabxanamıza baş çəkərək …

Read More »

Adil Əliyev MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini seçilib

Sentyabrın 23-də Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev dövlətlərin sülh içində birgə yaşamalı olduğunu, bir-birinin sərhədlərinə hörmətlə yanaşmasının zəruriliyini diqqətə çatdırıb. Ölkələrarası münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməli olduğunu qeyd edən Milli …

Read More »

Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı

Bu gün Finlandiyanın paytaxtı Helsinki də “Avropanın dəyişən təhlükəsizlik arxitekturasında ATƏT və onun Parlament Assambleyasının rolu” mövzusunda keçirilən seminarda iştirak edən Azərbaycanın ATƏT PA- da nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya komitəsinin sədri Azay Quliyev çıxış edib. Boyukmillet.com xəbər verir ki, Azay Quliyev çıxışında ATƏT- tənqid edib və bildirib ki, ATƏT ərazisində təhlükəsizlik arxitekturasının zədələnməsinin və Helsinki dekoloqunun heçə sayılmasının …

Read More »

“Vətəndaş Həmrəyliyi bu günün, gələcəyin ideologiyasıdır”

Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Vətəndaş Həmrəyliyi Partiyasının 30-cu ildönümündə VHP-nin yarandığı gündən bu günə qədər başçılıq edən bir adam kimi sizlərə üz tutmaq qürurlu bir işdir. Bu təkcə siyasi tale deyil, həm də ömrün hədiyyəsidir. Arxada qalan 30 ili yada salanda ilk növbədə 1992-ci il sentyabr ayının 26-da Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayında iştirak edən …

Read More »

Deputat: “Bu, yumşaq desək, qanmazlıq, sərt desək, MİLLİ XƏYANƏTDİR”

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Publika.az-a müsahibə verib. Müsahibəni təqdim edirik. – Əziz müəllim, “Göyçə-Zəngəzur Respublikası” ideyasına münasibətiniz necədir? – Mənfi. Göyçə də, Zəngəzur da və bütün Qərbi Azərbaycan ərazisi də əzəli Azərbaycan torpaqlarıdır və tarix boyu Azərbaycan dövlətlərinin tərkibindən kənarda mövcud olmayıb. Göyçə-Zəngəzurun isə heç vaxt hər hansı bir şəkildə eyni ərazi-inzibati vahiddə mövcudluğu faktı yoxdur. …

Read More »

Belçikadakı səfirimizdən erməni radikalların mümkün hücumuna dair – Xəbərdarlıq

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyimizə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir öz tvitter səhifəsində yazıb. “Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında baş tutacaq mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar. Avropanın mərkəzində diplomatik missiyaya ermənilərin daha bir zorakı hücumuna qarşı səsinizi ucaldın”, – o vurğulayıb. Səfir qeyd edib …

Read More »

Avropada erməni terroru yenidən baş qaldırıb – ÖZƏL

“Görünən odur ki, Avropada yenidən erməni terroru baş qaldırıb. Son günlərdə ayrı-ayrı ölkələrdə Azərbaycan səfilriklərinə qarşı erməni vandallarının hücum etməsi və diplomatik nümayəndəliklərimizə ciddi ziyan vurulması, orada çalışan əməkdaşların həyatı üçün təhlükə yaranması belə deməyə əsas verir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. O bildirib ki, diplomatiya və hərb cəbhəsində biabırçı məğlubiyuyətlə …

Read More »