Cümə , 22 Noyabr 2024

Siyasət

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Boyukmillet.com xəbər verir ki, avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin muxtar respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd edib. Ali Məclisin Sədri diqqətə çatdırıb ki, bu illər ərzində təhsil, …

Read More »

Azərbaycan “Junior Eurovision 2021” mahnı müsabiqəsində iştirak edəcək

Azərbaycan “Junior Eurovision 2021” mahnı müsabiqəsində iştirak edəcək. Boyukmillet.com İTV-yə istinadən xəbər verir ki, ölkəmizi müsabiqədə Sona Əzizova təmsil edəcək. Hazırda mahnı seçimi işləri aparılır. Qeyd edək ki, Avropa Yayım Birliyi (EBU) və Fransa Televiziyasının birgə təşkilatçılığı ilə ərsəyə gətiriləcək müsabiqə dekabrın 19-da Parisin Sequin adasındakı “La Siene Musicale” konsert salonunda keçiriləcək.

Read More »

Çavuşoğlu: “Əfqanıstandakı səfirliyimiz fəaliyyətini davam etdirəcək”

“Əfqanıstanda yaşayan, ancaq hazırda bu ölkədən qayıtmaq istəyən Türkiyə vətəndaşlarına hər cür şərait yaradılması üçün aidiyyəti qurumlarımızla əməkdaşlığımız davam edir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirib. M.Çavuşoğlu deyib ki, bununla əlaqədar nazirliyin çağrı mərkəzi həftənin bütün günləri 24 saat fəaliyyətdədir: “Biz Əfqanıstanda yaşayan vətəndaşlarımıza əvvəlcədən də münaqişə bölgəsindən uzaq olmaları ilə bağlı çağırış etmişdik. Bu gün …

Read More »

Ərdoğan: “Türkiyə Əfqanıstan mənbəli köç dalğası ilə üz-üzədir”

“Regionun və əlbəttə Əfqanıstanın bir an öncə istiqrara qovuşması üçün hər cür cəhdlərimizi artıracağıq, bu istiqamətdə Pakistanla əməkdaşlıq edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun Tuzla rayonunda “Pakistan MİLGEM Layihəsi”nin ilk gəmisinin dənizə endirilmə mərasimində çıxış edərkən bildirib. R.T.Ərdoğan deyib ki, Əfqanıstanda gedərək artan gərginlik, Taliban Kabildə rəhbərliyi ələ keçirməsi Pakistana da öz təsirini göstərdiyinə görə, bu məsələdə Pakistan …

Read More »

Prezident: “İlk hədəfimiz Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi idi, indi yeni hədəflərimiz var” – VİDEO

“Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi. Ancaq bir çox ölkələr bunu görmək istəmirlər. Cəmi 13 ölkə Xocalı soyqırımını soyqırımı kimi tanıyıb. Bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfıra bərabər idi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsi zamanı bildirib. “Erməni soyqırımı”nı tanıyanlar Xocalını tanımaq istəmir. Saxta tarixi qəbul edir, ancaq real …

Read More »

Postmüharibə dövrünün ANTİSAZİŞ qüvvələri, İlham Əliyevin saziş determinizmi… Aydın QULİYEV yazır…

Vətən müharibəsinin bütün səhnələrində təcavüzə məruz qalmış ölkə olaraq Azərbaycanın bütün davranış və bəyanatlarının mütləq həqiqət olmasının sübuta ehtiyacı yoxdur. Həqiqətən də məgər biz kimlərəsə sübut etməliyik ki, Azərbaycan əks-hücum müharibəsini sonadək aparmaqda haqlı idi? Və ya kimisə inandırmalıyıq ki, ən müasir silah və texnikalardan istifadə etmək bizim  haqqımız idi? Çoxlu sayda mətləblərdən söz açmaq olar ki, müharibə günlərində Azərbaycanın …

Read More »

Ermənilərin bir əsr ərzində gizli və aşkar şəkildə apardığı ekspansiya siyasəti iflasa uğrayıb – Cavanşir Feyziyev

Paşinyan riyakarlıqda sələfləri Koçaryan və Sarqsyanı kölgədə qoymaqdadır. Bir tərəfdən Ermənistan qarşısında duran ən prirortet məsələnin qonşularla əlaqələr və Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətlərin qurulması olduğundan dəm vurur, digər tərəfdən öz imzasına belə hörmətsizlik edərək 10 noyabr müqaviləsindəki bəndlərin yerinə yetirilməməsi üçün davamlı təxribatlara əl atır. Belə bir riyakarla masa arxasında oturub nəyisə müzakirə etməyə dəyərmi? Millət vəkili, siyasi …

Read More »

“Yaxın zamanda Qarabağda gərginliyə şahid ola bilərik” – Ekspert Əliyevin mesajını şərh etdi

Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk telekanalına müsahibə verib və postmünaqişə dövründə yaranan gözləntilərdən danışıb. Prezidentin çıxışını şərh edən “Valday” klubunun eksperti Fərhad Məmmədo Sputnik.az-a bildirib ki, dövlət başçısı Rusiya tərəfinin diqqətinə çatdırıb ki, Bakı Ermənistanın silahlanması prosesini diqqətlə izləyir. Münaqişə bitdiyindən otuz il ərzində başqa dövlətin ərazisini işğalda saxlayan bir dövləti yenidən silahlandırmağın mənası yoxdur. Bölgənin bu cür militarizasiyası …

Read More »

Samir Adıgözəlli: “Söhbəti ermənilərin tələbi olan statusdan başlamaq fayda verən deyil”

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, ölkəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla danışıqları bərpa etməyə hazırdır. Paşinyan danışıqlarla bağlı ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözlədiyini bildirib: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin danışıqları bərpa etməklə bağlı çağırışlarına geri dönərək demək istəyirəm ki, Ermənistan ən yüksək səviyyəli danışıqlarda iştirak etməyə hazırdır. Biz konkret təkliflər gözləyirik”. Paşinyanın sözlərinə görə, İrəvan regional …

Read More »