Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının eyni gündə keçirilməməsinin səbəbini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, DİM sədri XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib ki, buraxılış imtahanları ən kütləvi imtahanlardır və bu imtahanlar bir gündə keçirilsə, ictimai təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər. “İmtahanlar pandemiya şəraitində keçirilirdi və bizə müəyyən tələblər qoyulmuşdu. Müəyyən vaxtlar var …
Read More »Orta aylıq pensiyanın məbləği 363 manata çatıb
Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2022-ci ilin ilk rübündə də davam edib. ƏƏSMN-dən verilən xəbərə görə, bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb. “Ümumilikdə, həyata keçirilən ardıcıl sosial islahat paketləri pensiyalarda ciddi …
Read More »Əhalinin ölüm səviyyəsi azalıb
Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 12557 ölüm halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7- yə düşüb.
Read More »Toy dəvətnamələrinin üzərində peyvənd barədə xatırlatma olmalıdır – Yeni tələblər açıqlandı
Toy və şənlik mərasimlərinin keçirildiyi məkanlarla bağlı tələblər açıqlanıb. Trend-in məlumatına görə, səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin qərarı ilə şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunmasina dair metodiki göstərişlər hazırlanıb. Yeni tələblərə əsasən dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatman qeyd edilməli və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələri göndərilməlidir.
Read More »Təhlükəli çağırışlar edən din xadiminə münasibətdə DİN daha prinsipialdı, nəinki QMİ…
Samir Adıgözəlli: “Yoluxmanın çox yüksək faizə çatdığı bir vaxtda lənkəranlı ruhaninin özbaşına çağırış etməsi qətiyyən yolverilməzdir və DİN-in də ona xəbərdarlığı tam yerindədir” Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə “Facebook” profili vasitəsilə canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb. Bu barədə mətbuata məlumatı DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verib. O bildirib ki, bununla …
Read More »Nüvədinin tanınmış şəxsiyyətləri 30 illik deportasiyaları ilə bağlı beynəlxalq konfrans keçirməyə hazırlaşır
Avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin 30 illik (1991-2021) deportasiyasına həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı Beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə baki-xeber.com-a təşkilatçılar tərəfindən məlumat verilib. Bir neçə ölkədən elm admalarının, ictimai-siyasi xadimlərin qatılacağı onlayn konfransda 30 illik deportasiya tarixinə nəzər salınacaq, habelə nüvədililərin 30 il boyu Ermənistan dövləti tərəfindən pozulan hüquqlarının harayı, hüquqlarının bərpası istiqamətində …
Read More »Samir Adıgözəlli: “Bayramov “təqsirsizəm” deyib, ola bilsin, Qarayevin hansı addım atacağını gözləyir, ona görə də hələ susmağa üstünlük verir”
Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Mətbuatın yazdığına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Bayramov ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə sabiq nazir müavininə sərbəst ifadə verməyi təklif edib. R.Bayramovun vəkili vəsatətlə çıxış edərək bildirib ki, müvəkkili hazırda ifadə vermək istəmir: “Rafiq Bayramov şahidlər məhkəmədə ifadə verib bitirəndən sonra ifadə …
Read More »Hərbi səbəblərlə əlaqədar əlillik alanların təkrar müayinəsinin məqsədi açıqlanıb
“Hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin əyani müayinəsində əsas məqsəd sui-istifadə edən şəxslərin aşkarlanmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. O bildirib ki, bu müayinələr zamanı bəzi hallarda hiper diaqnostikaya yol verildiyi, yaxud şəhadətnamələrdə yazılan diaqnozla vətəndaşın müraciət etdiyi diaqnozun fərqli …
Read More »Nazirlikdən saxta yolla əlillik alanlarla bağlı açıqlama
“Hazırda Azərbaycanda əlilliyin ümumi göstərici əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu 30 faiz təşkil edir”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. O bildirib ki, bu digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəm təşkil edir: “Son …
Read More »Azad rayonlar barədə DİN-in xəbərdarlığına lazımi diqqət verilsəydi – minaya düşən 14 mərhum, 60-dan çox yaralı…
Samir Adıgözəlli: “Vətəndaşlar öz məsuliyyətini dərk etməli, DİN-in çağırışlarından, xəbərdarlıqlarından nəticə çıxarmalı və qanunsuz səfərlərdən əl çəkməlidirlər” Vətəndaş məsuliyyəti ən vacib olan amillərdən biri olsa da, təəssüflər olsun ki, bəzi vətəndaşlarımız bunu dərk etmək istəmirlər. Nəticə isə, bütün hallarda, vətəndaşın ziyanına olur. Torpaqlarımız işğaldan azad edildikdən sonra vətəndaşlarımız dövlətin qadağalarına baxmayaraq, həmin ərazilərimizə qanunsuz səfərlər edirlər, məsuliyyətsiz davranışları isə onlara baha başa …
Read More »