Şənbə , 27 Aprel 2024

Təhsil

Bərdə şəhər 10 saylı körpələr evi uşaq bağçasında “Mənim ana dilim” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi Bərdə rayon təhsil sektoru Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası. Mənim ana dilim! Bu, o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir, bu, o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza …

Read More »

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. İnşa müsabiqəsi Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında baş tutacaq. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. Müsabiqənin hər iki mərhələsi kompüter …

Read More »

Hacıqabulda rəzalət- Muğan qəsəbəsinin məktəbi orta əsrləri xatırladır + VİDEO

Hacıqabul rayonu Muğan qəsəbəsinin bir qrup sakini Azinforum.az-a müraciət edərək bildiriblər ki, onların qəsəbəsində olan və şəhid Vüqar Məmmədovun adını daşıyan yeganə orta məktəbin binası çox acınacaqlı vəziyyətdədir. Sakinlərin dediyinə görə, məktəb 50 ildir ki, əsaslı təmir edilmir. Onlar hətta uşaqlarını qəzalı vəziyyətdə olan məktəbə göndərməyə ehtiyat etdiklərini deyirlər.Azinforum.az-ın reportyor qrupu qəsəbədə olaraq, vəziyyətlə yerində tanış olub. Məktəbin real vəziyyətini …

Read More »

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyən 456 şagird əlavə imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin bu il keçirdiyi buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 456 9-cu və 11-ci sinif şagirdi, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək. Boyukmillet.com xəbər verir ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, …

Read More »

Xaricdə təhsil alan gənclər BAMT tərəfindən mükafatlandırıldı

Xarici ölkədə təhsil alan iki gəncimiz Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatı (BAMT) tərəfindən hər birinə 100 manat olmaqla mükafatlandırılıb. Boyukmillet.com xəbər verir ki, bu haqda məlumatı təşkilatın sədri Vüsal Əfəndi öz facebook səhifəsində paylaşıb. Təşkilatın sədri həmçinin onu da vurğulayıb ki, 2017-ci ildən bu günə qədər hər il bu ənənəni davam etdirirlər. Qeyd edək ki, fond 2017-ci ildə mərhum eks-prezident Əbülfəz …

Read More »

AMEA Rəyasət Heyətinin iclası keçirilib, qurumun yenidən formalaşdırılması müzakirə olunub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib. O bildirib ki, toplantıda Prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələn məsələlər müzakirə olunub: “İclasda AMEA-nın qarşısında duran məsələlər, yenidən formalaşdırılması və AMEA-nın fəaliyyətinin tənzimlənməsi kimi məsələlərə baxılıb. Tövsiyə xarakterli təkliflər də səsləndirilib. Nizamnamənin hazırlanmasına dair məsələ də müzakirə edilib. Artıq əsas …

Read More »

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb. Bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib. O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb. E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır: “Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il …

Read More »

Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. “Abituriyent” jurnalının 4-cü nömrəsində isə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron …

Read More »

Dövlət proqramı ilə xaricdə təhsil alacaq gənclərin ilk siyahısı təsdiqlənib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə …

Read More »

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək. Mərkəzdən “Report”a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunacaq. İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) …

Read More »