Şənbə , 27 Aprel 2024

Təhsil

Ukraynada bu il ali məktəbləri bitirən Azərbaycan vətəndaşlarının sayı məlum olub 

Ukraynada bu il ali məktəbləri bitirən Azərbaycan vətəndaşlarının sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, 2023-cü ildə ümumilikdə ölkənin ali məktəblərində 723 Azərbaycan vətəndaşı ali təhsillərini başa vurub. Onlardan 706 nəfəri diplomlarını alıblar. 17 nəfəri isə diplom almaq üçün hələ yekun imtahanları verə bilməyiblər.

Read More »

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin statistikası açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə son iki ildə vakant yerlərə yerləşdirilməyə dair müqayisəli statistika açıqlanıb. Boyukmillet.com xəbər verir ki, ötən il vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunan bütün vakansiyalar namizədlər tərəfindən tutulub. Məlumata görə, Azərbaycan dili, alman dili, fiziki …

Read More »

ADPU-ya növbəti 5 il üçün akkreditasiya şəhadətnaməsi təqdim olunub

Avqustun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rektor professor Cəfər Cəfərov ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova arasında görüş keçirilib. Rektor Cəfər Cəfərov vurğulayıb ki, ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə detallı meyarların hazırlanması və akkreditasiya prosesinin keçirilməsi hər bir ali məktəbə, o cümlədən ADPU-ya öz fəaliyyətinə meyarlar əsasında obyektiv xarici baxışla tanış olmaq və …

Read More »

Azərbaycanda növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq

Azərbaycanda növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev BMT Davamlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, 2023-2024-cü il üzrə tədris planı təsdiq edilib: “Növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq. Bununla da …

Read More »

Jurnalistika ixtisası üzrə magistraturaya qəbul üçün qabiliyyət imtahanına qeydiyyat başlayıb 

Ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün keçirilən qabiliyyət imtahanına qeydiyyat başlayıb. Boyukmillet.com xəbər verir ki, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən …

Read More »

Dövlət imtahanının ləğvi builki məzunlara şamil olunacaq?

Dövlət imtahanının ləğvi bu il məzun olanlara şamil olunmayacaq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib. O bildirib ki, dövlət imtahanının ləğvi 2023-2024 tədris ilində məzun olanlara şamil ediləcək.

Read More »

Bu gün DİM I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. DİM-dən  bildirilib ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan …

Read More »

Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 3-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mərkəzdən  bildirilib ki, bu gün həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçiriləcək. IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni …

Read More »

“Digital tourist” eTwinning layihəsi

Avropa üzrə 1 milyona yaxın müəllimi və iki yüz mindən çox məktəbi vahid virtual məkanda birləşdirən “eTwinning” pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq və birgə icra etmək vasitəsilə Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Boyukmillet.com xatırladır ki, Azərbaycan da 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak etməyə başlamışdır. Bu proqram Avropa İttifaqının …

Read More »

Bu gün 28 mindən çox nəfər qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni imtahanı) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Boyukmillet.com xəbər verir ki, saat 11:00-də başlayacaq imtahanda 28 344 nəfərin iştirakı nəzərdə tutulur. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan …

Read More »