Cümə , 26 Aprel 2024

Təhsil

Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq

Bu barədə Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarixçi alim Arzu Adullayev məlumat verib. Boyukmillet.com xəbər verir ki, 2024-2025-ci tədris ilindən əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli-adət ənənələrini və mədəniyyətini gənc nəslə daha ətraflı öyrətmək üçün Naxçıvan Dövlət Universitetinin “Tarix”, ”Tarix müəllimliyi” , “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Muzey, arxiv işi və …

Read More »

“Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

Soyqırımı Memorial Kompleksi və Bakı Qızlar Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir. Bakı Qızlar Universitetinin akt zalında təşkil olunmuş konfransda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra isə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra …

Read More »

Təhsil xərci 19 dəfə artıb, keyfiyyəti isə: – “Pul ayrılanda elə bilirik ki, ancaq müəllimə verilməlidir”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial siyasətin bir istiqaməti də rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksəkixtisaslı kadrların yetişdirilməsidir. Bu məqsədlə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb”. Bunu Baş nazir Əli Əsədov deyib. Qeyd edək ki, ötən müddət ərzində təhsilin inkişafı məqsədilə bir sıra addımlar atılıb və bunlardan biri kimi “2023-cü il dövlət büdcəsi haqqında” …

Read More »

Bakı Mühəndislik Universitetinin prorektoru işdən çıxarılıb

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, hələlik onun yerinə təyinat yoxdur. Qeyd edək ki, bu yaxınlarda universitetin keçmiş rektoru Havar Məmmədov Prezidentin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən …

Read More »

Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub

Bu gün Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərində ilk dərs saatları 27 Sentyabr – Anım Gününə həsr olunub. Boyukmillet.com xəbər verir ki, dərslərdə şagirdlərin diqqətinə çatdırılıb ki, 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü kimi qeyd edilir. Bildirilib ki, bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu …

Read More »

Heydər Əliyev Fondu tərəfindən Salyanın Şorsulu kəndində tikilən məktəb binası istifadəyə verilib

Salyan rayonunun Şorsulu kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 300 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, məktəbin açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Heydər Əliyev Fondunun təhsil istiqamətindəki layihələrindən biri də Salyan rayonunun Şorsulu kəndini əhatə …

Read More »

Heydər Əliyev Fondunun Tərtərdə inşa etdirdiyi məktəb istifadəyə verilib

Heydər Əliyev Fondu tərəfindən Tərtər rayonunun Azadqaraqoyunlu kənd tam orta məktəbi üçün yeni bina inşa olunub. Boyukmillet.com xəbər verir ki, 15 sentyabr – “Bilik Günü” münasibətilə yeni bina istifadəyə verilib. Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi Dəyanət …

Read More »

Rektor: “BANM-də yeni ixtisasların açılması nəzərdə tutulur”

“Bakı Ali Neft Məktəbində (BANM) yeni ixtisasların açılması nəzərdə tutulur”. Bunu “Report”a müsahibəsində BANM-in rektoru Elmar Qasımov deyib. O bildirib ki, bu barədə tərəfdaşlarla danışıqlar aparılır: “Misal olaraq, Bərpa olunan enerji mühəndisliyi üzrə magistrura proqramının açılmasına hazırlaşırıq. Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə bərabər bu ixtisasın açılması üzərində iş aparırıq. Həmçinin, Kompüter elmləri ixtisasının açılmasına hazırlıq görülür. Özbəkistanla imzalanan əməkdaşlıq müqaviləsinə görə …

Read More »

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni şöbələr yaradılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, Akademiyada sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, elektron imza texnologiyasının tətbiqi, onun kompleks olaraq kibertəhlükəsizliyinin təmin edilməsi və s. istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və sistemliliyin təmin edilməsi məqsədi ilə AMEA-nın …

Read More »