Bazar , 19 May 2024

Xarici siyasət

Liviya Dövləti Prezident Şurası sədrinin Azərbaycana səfəri başa çatıb

Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfinin Azərbaycana səfəri martın 4-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Liviya Dövləti Prezident Şurasının sədrini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Read More »

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri komitələrinin üçtərəfli görüşü keçiriləcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaqlar. Boyukmillet.com verir ki, bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı …

Read More »

Kolumbiyalı jurnalist: “Gəncəyə raket hücumları ermənilərin qeyri-insaniliyindən xəbər verir”

“İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə edilən raket hücumları ermənilərin qeyri-insaniliyindən, onlarda başqa millətə qarşı nifrət hissinin nə qədər güclü olmasından xəbər verir”. Boyukmillet.com xəbər verir ki, bunu Kolumbiyanın milli televiziyasının jurnalisti Lauryen Kalderin deyib. “Mən heç vaxt raket hücumlarının bu qədər dağıntıya, bu qədər itkiyə səbəb olduğunu görməmişdim. Bunu təsəvvürümə belə gətirə bilməzdim”, – o bildirib. Jurnalist ermənilərin gecə vaxtı şəhərə …

Read More »

Qırğızıstan hökumətinin sədr müavini: “Azərbaycan təcrübəsini ölkəmizdə tətbiq etmək istəyirik”

“Azərbaycan təcrübəsini ölkəmizdə tətbiq etmək istəyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Qırğız Respublikası Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə görüşü zamanı bildirib. Q.Təhməzli görüşdə ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Eyni zamanda …

Read More »

Azərbaycan QH-ya sədrlik təcrübəsini Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşəcək

Azərbaycan QH-ya sədrlik təcrübəsini Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər edən Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar ilə görüşündə bildirilib. Qeyd edilib ki, görüşdə tərəflər Azərbaycan və Uqanda arasında siyasi, iqtisadi, …

Read More »

Ceyhun Bayramov Fransa Senatının üzvü Natali Qule ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Quleni qəbul edib. Görüşdə nazir Ceyhun Bayramov Fransa Senatının üzvünün Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir ikitərəfli münasibətlərin inkişafına ola biləcək maneələrin birgə səylər …

Read More »

Azərbaycan və İsveçin NATO-dakı nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsveçin NATO-dakı səfiri Aksel Vernhoffla görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviter hesabında bildirib. Görüşdə, həmçinin iki ölkənin NATO-dakı tərəfdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub. I was pleased to pay a courtesy call on Ambassador Axel Wernhoff of Sweden to #NATO. We discussed …

Read More »

Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib

“Ermənistanın baş naziri Nikol Paşinyan Alman Xarici Əlaqələr Şurasında (DGAP) bugünkü çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şəraitin yaradılması barədə çağırışları Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təsir edən bir hal kimi qələmə verməyə cəhd edib. Biz baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları təməl insan haqlarıdır”. …

Read More »

Ceyhun Bayramov Kamboca hökumətinin müşaviri ilə görüşüb

Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Kamboca hökumətinin müşaviri Sok Sifana ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Kamboca arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyədə mövcud əməkdaşlığın perspektivləri, həmçinin regionda və …

Read More »

Prezident İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli xanım Prezident, Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və …

Read More »