Çərşənbə axşamı , 7 May 2024

Xarici siyasət

Azərbaycan və İsveçin NATO-dakı nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsveçin NATO-dakı səfiri Aksel Vernhoffla görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviter hesabında bildirib. Görüşdə, həmçinin iki ölkənin NATO-dakı tərəfdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub. I was pleased to pay a courtesy call on Ambassador Axel Wernhoff of Sweden to #NATO. We discussed …

Read More »

Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib

“Ermənistanın baş naziri Nikol Paşinyan Alman Xarici Əlaqələr Şurasında (DGAP) bugünkü çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şəraitin yaradılması barədə çağırışları Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təsir edən bir hal kimi qələmə verməyə cəhd edib. Biz baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları təməl insan haqlarıdır”. …

Read More »

Ceyhun Bayramov Kamboca hökumətinin müşaviri ilə görüşüb

Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Kamboca hökumətinin müşaviri Sok Sifana ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan və Kamboca arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyədə mövcud əməkdaşlığın perspektivləri, həmçinin regionda və …

Read More »

Prezident İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli xanım Prezident, Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və …

Read More »

Ceyhun Bayramov Yəmənin XİN başçısı ilə görüşüb

Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində Bakıda səfərdə olan Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət, humanitar, təhsil və digər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazirlər …

Read More »

Ceyhun Bayramov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb

Martın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkədə səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Köröşini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. C.Bayramov Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirakına görə ona təşəkkürünü bildirib, ölkənin sədrliyi çərçivəsində təşkil edilmiş Zirvə …

Read More »

Rafael Qrossi: “AEBA və Azərbaycan arasında əməkdaşlıq dərinləşdirilə bilər”

“AEBA və Azərbaycan arasında əməkdaşlıq dərinləşdirilə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdə bildirib. O, Azərbaycanın AEBA üçün əhəmiyyətli tərəfdaş olduğunu qeyd edərək keçirilən birgə layihələri məmnunluqla vurğulayıb, habelə nüvə təhlükəsizliyi və agentliyin ixtisaslaşdığı digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin mövcud olduğunu …

Read More »

Azərbaycan XİN başçısı AEBA direktoru ilə Metsamor AES-in yaratdığı təhlükələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Bakıda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb. Görüş zamanı Azərbaycan və Agentlik arasında əməkdaşlıq, habelə nüvə təhlükəsizliyi və zəmanətləri məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov Agentliyin səlahiyyət dairəsinə daxil bir çox …

Read More »

Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.

Read More »