Bazar , 19 May 2024

Xarici siyasət

Ceyhun Bayramov Yəmənin XİN başçısı ilə görüşüb

Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində Bakıda səfərdə olan Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət, humanitar, təhsil və digər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazirlər …

Read More »

Ceyhun Bayramov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb

Martın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkədə səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Köröşini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. C.Bayramov Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirakına görə ona təşəkkürünü bildirib, ölkənin sədrliyi çərçivəsində təşkil edilmiş Zirvə …

Read More »

Rafael Qrossi: “AEBA və Azərbaycan arasında əməkdaşlıq dərinləşdirilə bilər”

“AEBA və Azərbaycan arasında əməkdaşlıq dərinləşdirilə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdə bildirib. O, Azərbaycanın AEBA üçün əhəmiyyətli tərəfdaş olduğunu qeyd edərək keçirilən birgə layihələri məmnunluqla vurğulayıb, habelə nüvə təhlükəsizliyi və agentliyin ixtisaslaşdığı digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin mövcud olduğunu …

Read More »

Azərbaycan XİN başçısı AEBA direktoru ilə Metsamor AES-in yaratdığı təhlükələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Bakıda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb. Görüş zamanı Azərbaycan və Agentlik arasında əməkdaşlıq, habelə nüvə təhlükəsizliyi və zəmanətləri məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov Agentliyin səlahiyyət dairəsinə daxil bir çox …

Read More »

Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.

Read More »

İlham Əliyev: “Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”

“Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə ünvanladığı təbrik məktubunda yer alıb. “Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir. Keçən ilin oktyabrında …

Read More »

Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dost ölkə və strateji tərəfdaşımız olan …

Read More »

Qoşulmama Hərəkatının Təmas Qrupunun sammitinin yekunlarına dair sənəd qəbul edilib

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammiti çərçivəsində onun nəticələrini özündə əks edən sənəd qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammitin bağlanış mərasimində çıxışı zamanı bildirib. C.Bayramov iştirakçılara iştiraklarına, gün ərzində uğurlu fikir və ideya mübadiləsinə görə təşəkkür edib. “Bu sammit əməkdaşlıq və həmrəylik nümunəsinə çevrildi”, – deyən nazir əlavə edib …

Read More »

İƏT Baş katibinin yardımçısı Prezident İlham Əliyevə minnətdarlığını bildirib

“Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində pandemiya çağırışlarına qarşı mübarizədə göstərdiyi yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə yardımçısı Yussef Aldobey Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan İƏT-nin üzvüdür və ölkənin bu …

Read More »