Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

XİN: “Azərbaycan liderlərin Brüssel görüşünə razılıq verib, Kişinyov görüşü ilə bağlı yekun razılıq hələlik yoxdur”

“Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib.” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə …

Read More »

Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb. Ombudsman Aparatından  daxil olan məlumatda deyilir: “Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam etməkdədir. Cari il mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod …

Read More »

Türkiyə XİN başçısı: “Bu gün Qarabağ zəfərindən narahat olanlar var”

“Bu gün Qarabağ zəfərindən narahat olanlar var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib. O bildirib ki, bəzi güclər Türkiyənin uğurlarını qəbul etmək istəmirlər: “Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsindən narahatdırlar. Ona görə də qələbəyə mane olmaq istəyirlər. Amma onlar türk millətini tanımırlar”.

Read More »

İlham Əliyev “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib. Boyukmillet.com. xəbər verir ki, görüşdə SOCAR ilə “Total Energies” arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. “Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub. Nikolas Terraz “Total Energies” şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq …

Read More »

Rasim Koç: “Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”

“Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”. “Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr tarix boyu qardaşlıq qanunu ilə inkişaf edib. Yaxın tarixdə isə iki dövlət arasında siyasi və mədəni bağı isə ən konkret və aydın şəkildə Azərbaycanın Ulu Öndəri, mərhum Heydər Əliyev ortaya qoyub” – o, bildirib. Rasim Koç deyib ki, Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan və …

Read More »

Ankarada Heydər Əliyevin abidəsi ziyarət olunub

Türkiyənin paytaxtı Ankaradakı Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə paylaşım edib. “100 illik yubileyi münasibətilə müstəsna şəxsiyyət, böyük dövlət adamı, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad etdik”, – deyə o bildirib. Ümummilli lider Haydar Aliyev'in 100. doğum yıldönümü gününde …

Read More »

Moskvada Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının görüşü başlayıb

Rusiyanın paytaxtı Mosvada Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri arasında dördtərəfli görüş başlayıb.  Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, toplantıda XİN başçıları Sergey Lavrov, Mövlud Çavuşoğlu, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahian iştirak edirlər.  Nazirlərin terrorla mübarizə və Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir. M.Çavuşoğlu Rusiya, İran və Suriyadan olan həmkarları ilə dördtərəfli görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.

Read More »

Aleksandr Lukaşenko: “Heydər Əliyev unikal şəxsiyyət və böyük siyasətçidir”

“Heydər Əliyevdən siyasi müdrikliyi, təmkinli olmağı, əsl strateji təfəkkürü öyrənmişəm”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrikində əksini tapıb.  “Onun 25 il əvvəl dediyi sözləri yaxşı xatırlayıram: “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır”. Əminəm ki, həyatının mənası Vətənə xidmət olan belə bir vətənpərvər insan həmişə xatırlanacaq. Unikal şəxsiyyət, …

Read More »

Azərbaycanlı deputatlar Türkiyədə seçkiləri müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı prezident və parlament seçkilərini müşahidə etmək üçün mayın 11-də Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcəklər. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Ağalar Vəliyev və Anar Məmmədov TÜRK PA, deputat Azay Quliyev ATƏT PA, deputatlar Rafael Hüseynov və Kamal Cəfərov …

Read More »