Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin 1500-ə yaxın şirkətini özündə birləşdirən “Liberaler Mittelstand” təşkilatı ilə birgə Avropanın və Almaniyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dair tədbir keçirilib. Tədbirin əvvəlində “Liberaler Mittelstand” təşkilatının Berlin nümayəndəliyinin rəhbəri Xristian Qrosse Azərbaycanın indiyədək qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən danışıb, enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın əsas və etibarlı təchizatçılardan biri …
Read More »Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. XİN başçıları arasında ikitərəfli görüş Vaşinqtonda keçirilir.
Read More »Ərdoğan: “Azərbaycanın zəlzələ bölgəsində 1000 ev tikməsi “bir millət, iki dövlət” olmağın göstəricisidir”
“Azərbaycanın zəlzələ bölgəsində 1000 ev tikməsi “bir millət, iki dövlət” olmağın göstəricisidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan zəlzələ zonasında 1000 ev, məktəb, məscid və sosial obyektlər tikəcək: “Evlərin təməlini qardaşımız İlham Əliyevlə birlikdə atdıq. Bütün bunlar “bir millət, iki dövlət” olmağın göstəricisidir”. “Biz seçki gündəmindən asılı olmayaraq zəlzələ …
Read More »İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən bildirib. Dövlət başçısı ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın …
Read More »Hacettepe Universitetinin rektoru: “Atatürk və Heydər Əliyev prinsipləri əsasında yaradılan Azərbaycan-Türkiyə müttəfiqliyi dünyaya nümunədir”
“Həm Türkiyənin qurucu lideri Qazi Mustafa Kamal Atatürkün, həm də Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin prinsipləri əsasında qurulan Azərbaycan və Türkiyənin sarsılmaz müttəfiqliyi bütün dünyaya nümunədir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un Ankara bürosuna Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran bildirib. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini xatırladan rektor …
Read More »İlham Əliyev Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Read More »Blinken Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb
Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında deyib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.
Read More »Dövlət başçısı: “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində təmin edilib”
Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında deyib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində …
Read More »Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi arasında telefon danışığı olub
Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub. Prezident İlham Əliyev qeyd edib …
Read More »Prezident İlham Əliyevin “TEKNOFEST”də çıxışı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı mətbuat vasitəsilə türkdilli ictimaiyyətə çatdırılıb. “Anadolu” agentliyi, “yenisafak.com” və “euronews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “Ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır” və Ulu Öndər Heydər Əliyevin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar