Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Əfqanıstan bəyannaməsi qəbul ediləcək. “Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov mayın 21-də Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə danışıb. O qeyd edib ki, bu sənəd dünyada baş verən hadisələrlə bağlı TDT-nin mövqe bildirməsi baxımından önəmlidir.
Read More »Azərbaycan vətəndaşları üçün Özbəkistana giriş sadələşdiriləcək
Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla (şəxsiyyət vəsiqəsi) girişə icazə verməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu, ölkə Prezidenti Şavkat Mirziyoyevin “2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında” fərmanında öz əksini tapıb. Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsinə, turizmin, işgüzar və …
Read More »TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçılarının zirvəöncəsi görüşü olub
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi zirvəöncəsi görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib. “Nazirimiz Hakan Fidan Budapeştdə TDT-nin qeyri-rəsmi zirvəsindən öncə təşkil edilmiş açılış tədbirində həmkarları ilə görüşüb”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabındakı müvafiq postunda yazılıb. XİN-in dərc etdiyi şəkildə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, …
Read More »AQC nümayəndə heyəti Belarusda diplom və serifikatla mükafatlandırıldı
Belarus tərəfinin təşkilatçılığı ilə Minskdə qiymətləndiricilərin forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, Hafta.az-ın yazdığına görə, tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti (CAATS) Vüqar Oruc və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü İlham Bağırov iştirak edib. Açılış mərasimində Vüqar Oruc “Azərbaycanda qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi” mövsuzunda çıxış edib. Çıxışdan sonra AQC ilə Belarus Qiymətləndirmə Təşkilatları Assosiyasıyası arasında əməkdaşlıq haqqında …
Read More »İlham Əliyev: Azad edilmiş torpaqların sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir
İşğal olunmuş ərazilərdə illər ərzində resursların qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, işğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə …
Read More »Azərbaycan Türkmənistanda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Azərbaycanın əməkdar artisti Səidə Şərifəliyeva Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Dünyanın Musiqisi” adlı beynəlxalq festivalda ölkəni təmsil edib. Bu barədə Boyukmillet.com -a Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib. Məlumata görə, Türkmənistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Türkmənistandakı Səfirliyinin dəstəyi ilə ölkəmizin də təmsil olunduğu bu nüfuzlu tədbir klassik musiqi sahəsində müxtəlif milli musiqi məktəblərini əhatə edən ifaçılar arasında yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq …
Read More »İlham Əliyevlə Nikol Paşinyanın Tiranada ayaqüstü görüşü olub
Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşü baş tutub. “Report”un Tiranaya ezam olunan müxbirinin verdiyi məlumata görə, görüş “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində olub. Prezident İlham Əliyevin Albaniyada «Avropa Siyasi Birliyi»nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşü#Report #ReportAz #ReportNewsAz #Azerbaycan #Prezident #IlhamAliyev pic.twitter.com/5OutS5hdrR— Report.az (@reportnewsaz) May 16, 2025
Read More »UNICEF-in də Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır
Təşkilatın fəaliyyəti mərhələli şəkildə dayandırılacaq UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır. “Report”un məlumatına görə, bunu UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur (Iryna Mazur) təsdiqləyib. Onun sözlərinə görə, UNICEF-in Azərbaycandakı fəaliyyəti qarşıdakı aylarda mərhələli şəkildə dayandırılacaq: “UNICEF Azərbaycanda tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək”. “Son 30 il ərzində əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə …
Read More »Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu fikri mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən səsləndirib. İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və …
Read More »Yaşar Gülər Azərbaycana səfər edəcək
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək Nazirlər Kabinetinin iclasından sonra Bakıya yola düşəcək. Səfər çərçivəsində onun bir sıra görüşlər keçirəcəyi qeyd olunub.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
