Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanının Şura Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Faiz Bin Abdulla Əl-Şəhri arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı C.Bayramov ölkələrimiz arasında tarix, mədəniyyət, din baxımından çoxlu ortaq cəhətlərin olduğunu vurğulayıb. Diplomatik əlaqələrin qurulmasından keçən 30 il ərzində əlaqələrimizin müsbət dinamika ilə inkişaf etdiyi və bu gün ölkələrimiz arasında siyasi …
Read More »XİN başçısı: “Laçın yolundan qanunsuz fəaliyyətlər və mina təhdidləri üçün istifadə edilir”
“Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Şura Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Faiz Bin Abdulla Əl-Şəhri ilə görüşündə bildirib. Nazir Laçın yolunda azərbaycanlı fəalların etirazlarının səbəblərini qarşı tərəfin diqqətinə çatdırıb. Bundan əlavə, son 2 ildə Ermənistanın çoxsaylı təxribatları, o cümlədən …
Read More »İranda Azərbaycanın sədrliyi ilə İƏT-in ilk iclası keçirilib
Bu gün İran İslam Respubikasında Azərbaycanın bu il İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının 2023-cü il üzrə ilk iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb. Qeyd edilir ki, iclas paytaxt Tehranda təşkil olunub.
Read More »ATƏT sədri Azərbaycana gələcək
ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə ATƏT-dən bildirilib. Qeyd olunub ki, bu barədə razılıq B.Osmani ilə Azərbaycan və Ermənistan XİN başçılarının telefon danışığının nəticəsində əldə edilib. ATƏT rəhbəri regionda davamlı sülhə nail olmaq üçün gərginliyin aradan qaldırılmasında şəxsən iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Read More »Hulusi Akar: “Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək”
“Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycanın “Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını azad etdiyini xatırladan nazir qeyd edib: “Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik”. Nazir bildirib ki, bütün dünya gördü ki, Türkiyə …
Read More »Dövlət başçısı: “Biz Ermənistanla məsələni həll etmişik, amma təhdidlər aradan qalxmayıb”
“Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. Dövlət başçısı deyib: “Bu təhdidlərə sinə gərmək asan məsələ deyil – həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. …
Read More »Prezident: “Delimitasiya məsələsi Azərbaycandan çox Ermənistanı maraqlandırmalıdır”
“Delimitasiya məsələsi Azərbaycandan çox Ermənistanı maraqlandırmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. Dövlət başçısı deyib: “Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik”. …
Read More »Azərbaycan Prezidenti: “Düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar”
“Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa, heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir …
Read More »Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri arasında telefon danışığı olub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-də sədrliyi Azərbaycan-ATƏT münasibətləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub. C.Bayramov …
Read More »Paşinyan: “Azərbaycanla sülh müqaviləsi sənədinin imzalanması yaxşı xəbər olacaq”
“Azərbaycanla sülh müqaviləsi sənədinin imzalanması yaxşı xəbər olacaq”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək. “Ermənistan saziş bağlamağa hazırdır və bunun üçün əlindən gələni edəcək”, – hökumət başçısı söyləyib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar