Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib

Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın Baş nazirinin birinci müavini komissiyanın tərkibindən çıxarılıb və onun yerinə Azərbaycanın iqtisadiyyat naziri əlavə edilib. Həmçinin iqtisadiyyat nazirinin müavini də komissiyanın tərkibindən çıxarılıb. Qeyd edək ki, Xarici İşlər Nazirliyi komissiyanın …

Read More »

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının növbəti görüşü olacaq

“Yaxın günlərdə Türkiyə, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı İlya Darçiaşvili ilə birgə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, toplantıya Azərbaycan ev sahibliyi edəcək.

Read More »

Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının növbəti konfransı keçirilib

İyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilmişdir. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilmişdir. Boyukmillet.com bildirir ki, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında rəhbəri olduğu …

Read More »

Sudanın Rusiyadakı səfiri: “Azərbaycanla istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəyik”

“Azərbaycanla istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Sudan Respublikasının Rusiyayaa yeni təyin edilmiş Səfiri Məhəmməd Elqazali Eltijani Sirrac Azərbaycanın səfiri Polad Bülbüloğlunun qəbulunda deyib. Polad Bülbüloğlu Azərbaycanın Sudanla münasibətlərinə toxunaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib, bu xüsusda turizm, elm, təhsil və mədəniyyət sahələrində, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini …

Read More »

Türkiyə Rusiya, Azərbaycan və İranla qaz müqavilələrini uzatmaq niyyətindədir

Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın alqı-satqısına dair sazişləri uzatmaq niyyətindədir. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “Haber Global” telekanalının efirində deyib. “Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır. Biz onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Bununla da enerji ehtiyaclarımızı ödəməyə çalışırıq”, – nazir bildirib.

Read More »

Azərbaycan və Rusiya arasında yeni protokol qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanda deyilir: “2022-ci il martın 4-də Moskva şəhərində və martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” …

Read More »

Türkiyə Prezidenti Ermənistana şərt irəli sürdü: “Azərbaycanla problemi həll etdikdən sonra qapılarımızı açacağıq”

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan TRT-nin özəl yayımında Ermənistanla normallaşma prosesi ilə bağlı açıqlamalar verib. Boyukmillet.com xəbər verir ki, Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığını xatırladıb. Bildirib ki, söhbət zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.  “Bizim qırmızı xəttimiz əvvəldən Azərbaycan idi. Azərbaycanla problemi həll etdikdən sonra “qapılarımızı açacağıq” dedik. Mən həm də məmnunam ki, Paşinyanın regional …

Read More »

XİN Qoşulmama Hərəkatının Gənclər Sammiti ilə bağlı məlumat yayıb

Bakıda Qoşulmama Hərəkatına üzv olan ölkələrdən olan Gənclərin Sammiti öz işinə başlayıb. Boyukmillet.com Azərbaycan XİN-ə istinadən xəbər verir ki, Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsinin iştirak etdiyi Sammitin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini səsləndirib. Ölkə başçısının müraciətində bildirilib ki, Azərbaycanda gənclər siyasətinə …

Read More »

Azərbaycanla Serbiya arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycan 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş”i təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan …

Read More »

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

19-20 iyul tarixində Almatıda keçirilən “Dayanıqlı İnkişaf üçün İnnovasiyalar və Texnologiyalar üzrə Ekspert Qrupunun İclası”nda iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstana səfər edib. Boyukmillet.com xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) katibliyi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının …

Read More »