Cümə axşamı , 19 Mart 2026

Xarici siyasət

Mövlud Çavuşoğlu: “Azərbaycan daim müstəqil olacaq”

“Azərbaycan daim müstəqil olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın 17 noyabr – Dirçəliş Günü münasibətilə tviterdə yazıb. O, Azərbaycan xalqını təbrik edib. “17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Can Azərbaycanı təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, – nazir bildirib. 17 Kasım Milli Uyanış Günü vesilesiyle Can Azerbaycan’ı tebrik ediyorum. Azerbaycan ebediyen bağımsız kalacaktır! …

Read More »

Azərbaycan Fransaya nota verib, müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili JüLyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib. Bu barədə  XİN-dən məlumat verilib. Görüş zamanı Fransa Senatında qəbul edilmiş tamamilə həqiqətdən uzaq, yalan və iftira dolu müddəaların əks olunduğu qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyi diqqətə çatdırılıb. …

Read More »

Fransa Senatının üzvü: “Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur” – EKSKLÜZİV

“Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur.” “Mən bu sənədin əleyhinə səs verdim. Çünki hər zaman olduğu kimi, Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə həmişə olduğu kimi, Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib”, – qətnamənin əleyhinə səs vermiş yeganə Senat üzvü vurğulayıb. O, Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsinin olmadığını bildirib: …

Read More »

Xarici blogerlər: “Azad olunan ərazilərdə erməni işğalı dövründə kütləvi dağıntılar törədilib”

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri etmiş bir qrup bloger yerli mediada və sosial şəbəkə səhifələrində təəssüratlarını bölüşüblər. Boyukmillet.com xəbər verir ki, xarici blogerlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə, o cümlədən Şuşa, Füzuli, Zəngilan və digər rayonlara səfər edərək burada erməni işğalı altında olan dövrdə həmin ərazilərdə törədilmiş kütləvi dağıntılar, o cümlədən minalanmış ərazilər, məscidlərin dağıdılması və hazırda aparılan genişmiqyaslı …

Read More »

Ombudsman Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir:“15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar …

Read More »

XİN: “Fransa Senatının qəbul etdiyi qətnamə iftira dolu müddəaları əks etdirir”

“15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla …

Read More »

Mehriban Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlayıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun Baş direktoru Odri Azulaya məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycanın Milli Komissiyası məlumat yayıb. Məktubda Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, UNESCO-nun dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla …

Read More »

Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı İstanbulda törədilən terror aktı ilə əlaqədər Azərbaycanın rəsmi Ankaraya verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat tviterdə paylaşım edib. “İstanbuldakı terror aktında itkilərimizlə bağlı zəng edərək, mesaj yazaraq başsağlıqlarını və dəstəklərini çatdıran bütün dostlara təşəkkür edirik”, – səfir vurğulayıb.

Read More »

Azərbaycan və Türkiyə Baş prokurorları İstanbuldakı terrorun araşdırılması ilə bağlı fikir mübadiləsi aparıb

Azərbaycan və Türkiyə Baş prokurorları İstanbulda törədilmiş terror aktı cinayətinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb. Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. Belə ki, Baş prokuror Kamran Əliyev noyabrın 13-də İstanbul şəhərinin mərkəzində baş vermiş terror aktı ilə bağlı Türkiyənin Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya, və İstanbulun …

Read More »

Azərbaycanın Birinci vitse-prezidenti Əminə Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, …

Read More »