Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Ceyhun Bayramov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığında Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. C.Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü …

Read More »

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan …

Read More »

TDT Azərbaycanı təbrik edib

“Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) tviterində yazılıb. “Azərbaycan hökuməti və və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda bildirilib. Qeyd edək ki, bu gün – 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.

Read More »

Politoloq: “TDT sammiti türk dövlətləri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verib”

“Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü türk dövlətləri arasında gələcək əməkdaşlığın inkişafına və möhkəmlənməsinə mühüm töhfə verib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, bu, təşkilatın transformasiyasından sonra keyfiyyətcə yeni səviyyədə keçirilən ilk sammit idi: “Bununla əlaqədar türk dövlətlərinin katibliyinin strukturunun təkmilləşdirilməsi zərurəti yaranıb, iqtisadi və siyasi dialoqun inkişafı üçün …

Read More »

TDT liderləri Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər

Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər. Boyukmillet.com xəbər verir ki, bu, Özbəkistanda keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində yer alıb. Belə ki, Bəyannamədə Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının …

Read More »

Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarını İranın himayə etməsinə etiraz edib

Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarının İran tərəfindən bu ölkədə məskunlaşmalarına şərait yaradılmasına görə etiraz edib. Boyukmillet.com xəbər verir ki, etiraz bu gün Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diqqətinə çatdırılıb. Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi …

Read More »

İranın Azərbaycandakı səfiri XİN-ə çağırılıb, rəsmi Bakının narazılığı çatdırılıb

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi noyabrın 11-də Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə  XİN-dən məlumat verilib. Görüşdə son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş …

Read More »

Azərbaycan lideri: “Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”

“Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib. “İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”, …

Read More »

Azərbaycan Prezidenti türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət edib

“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın …

Read More »