Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Türkiyə XİN başçısı: “Ermənilər əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”

“Ermənilər hər yeri dağıdırlar. Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. “Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada (Xankəndi və ətraf ərazilərdə – red.) yaşaya bilərlər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri …

Read More »

Azərbaycan Ombudsmanı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ermənilərin mina terroru ilə beynəlxalq ictimaiyyətə çağırış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Ombudsmanının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina qurbanlarının sayı artmaqda davam edir: “Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun …

Read More »

Azərbaycan Baş naziri Qırğızıstan NK-nın sədrinə başsağlığı verib

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib. Boyukmillet.com-un xəbərinə görə, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib. Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.

Read More »

Azərbaycan, İran və Rusiya gömrük xidmətləri arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə  Azərbaycanın İrandakı Səfirliyindən məlumat verilib. Məlumata görə, Anlaşma Memorandumu İranın paytaxtı Tehranda Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir …

Read More »

Azərbaycan XİN: Serbiya ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik

“Azərbaycanla Serbiya arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Serbiya ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı paylaşımında yer alıb. “Bu gün Azərbaycan və Serbiya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Bu münasibətlə Serbiya Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycanla Serbiya arasında əməkdaşlığın daha da …

Read More »

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) dünən baş vermiş ağır yol qəzası ilə bağlı Türkiyə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, nazirlik bu barədə tviter hesabında paylaşım edib. “Qardaş Türkiyənin Qaziantep şəhərində ağır yol-nəqliyyat qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Başımız sağolsun”, – başsağlığıda deyilir.

Read More »

Ombudsman dünya ictimaiyyətini terrorizmlə mübarizədə fəal olmağa çağırıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) dünya ictimaiyyətinə müraciət edib. Bu barədə  Ombudsman Aparatından bildirilib. “Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü BMT Baş Assambleyasının 2017-ci il 19 dekabr tarixli qətnaməsinə əsasən təsis edilib və hər il 21 avqust tarixində dünyada qeyd olunur. Bu günün əsas məqsədi terror qurbanlarına və ondan zərər çəkənlərə ehtiram göstərmək, onlara dəstək olmaq, hüquq və əsas …

Read More »

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.  Başsağlığında deyilir: Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. …

Read More »

Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. “Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib”, – o qeyd edib.

Read More »

Prezidentin köməkçisi Brüsseldə Armen Qriqoryanla görüşüb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Toivo Klaar tviterdə qeyd edib. “Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə …

Read More »