Azərbaycan Almaniyaya yeni səfir təyin edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Digər sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Read More »Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb
Azərbaycanın Argentina, Küveyt və Kubadakı səfirləri geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb. Sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Read More »Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”
“Biz yeni Çernobıl faciəsi yaşamaq istəmirik”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə üçtərəfli zirvə görüşündən sonrakı birgə mətbuat konfransında deyib. Türkiyə lideri İstanbul razılaşmasının yaratdığı müsbət atmosferin daimi sülhə çevrilməsi imkanlarını qiymətləndirdiklərini bildirib. “Diplomatik prosesi canlandırmaq üçün beynəlxalq ictimaiyyətin daha …
Read More »Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb
“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb. Boyukmillet.com-un məlumatına görə, sənədə bu gün Bakıda üç ölkənin hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imza atılıb. Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra …
Read More »Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər avqustun 24-də baş tutacaq. Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.
Read More »İlham Əliyev Cənubi Afrika Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İlham Əliyev Monqolustanın yeni səfirinin etimadnaməsini qəbul edib
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »BMT nümayəndəsi: “Azərbaycanın hüquqi xidmətlər istiqamətində gördüyü işləri dəstəkləyirik”
“Azərbaycan hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək səylərini alqışlayır və bu istiqamətində gördüyü işləri böyük məmnuniyyətlə dəstəkləyirik”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri BMT İnkişaf Proqramının inkişaf həlləri üzrə rəhbəri Nərgiz Quliyeva həssas qruplara hüquqi yardım və ödənişsiz hüquqi yardım sahəsində mövcud vəziyyət adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, əməkdaşlıq uğurun bir hissəsidir: “BMT …
Read More »Rusiya Hökumətinin sədri ilə Azərbaycanın Baş naziri arasında telefon danışığı olub
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Read More »QHT-lər ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər. “Report”un xəbərinə görə, müraciətdə deyilir: “Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar