Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən Azərbaycan dilində danışıb. Boyukmillet.com xəbər verir ki, səfiri salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz, sizi görməyimə şadam. Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq. Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, …
Read More »Prezident: “Azərbaycanla Türkmənistan arasında əlaqələr xalqlarımızın iradəsi əsasında qurulub”
“Ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın ölkəmizdəki yeni səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul etməsi ilə əlaqədar keçirilən görüşdə söyləyib. “Bildiyiniz kimi, mənim bu yaxınlarda Türkmənistana səfərim, səfər zamanı …
Read More »Azərbaycan Prezidenti Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »XİN: “Londondakı səfirliyimizə qarşı təxribat törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik”
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Boyukmillet.com L.Abdullayevaya ünvanlanmış sualı və XİN rəsmisinin cavabını təqdim edir: Sual: “Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüart Azərbaycan Respublikasının bu ölkədəki səfiri ilə görüşü zamanı Londonda Azərbaycan səfirliyinə olan hücumu ilə bağlı dərin təəssüf hissi keçirdiklərini, bu ölkədəki diplomatik heyətin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini …
Read More »Britaniyanın Avropa üzrə naziri Azərbaycan diplomatı ilə görüşüb, səfirliyə hücumu pisləyib
“Azərbaycanın Londondakı səfirliyindəki ciddi təhlükəli hadisədən sonra bu gün həmin ölkənin Britaniyadakı səfirliyində Azərbaycan səfiri Elin Süleymanovla danışdım. Böyük Britaniya hökumətinin İngiltərədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinin vacibliyini vurğuladım və hadisənin baş verməsinə görə dərin təəssüfümü bildirdim”. Boyukmillet.com xəbər verir ki, bunları Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qrehem Stüart deyib. Azərbaycanın Londondakı səfirliyində baş verən hadisəni müzakirə etmək üçün ölkəmizin …
Read More »Azərbaycan XİN Misirə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib. “Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, – paylaşımda qeyd olunub. Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər …
Read More »Azərbaycan Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verib
“Biz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və dedik ki, – çünki mən təxmin edirdim ki, onların necə deyərlər belə hoqqabazlığı olacaq, -təklif etmişdik ki, gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna …
Read More »Prezident: “Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur”
“Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. “Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən …
Read More »İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib. Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi …
Read More »Türkiyə XİN: “Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”
“Regiondakı hadisələrin müsbət və ya mənfi təsirləri strateji reallıqdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Anadolu”ya Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Nazirliyin adını açıqlamayan səlahiyyətli diplomatı deyib ki, rəsmi Ankaranın hədəf və məqsədi ancaq Türkiyə-Ermənistan, yaxud Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması deyil: “Biz regional sabitliyin təmin olunmasını istəyirik. Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin”. Diplomat, həmçinin Türkiyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar