Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Alyansın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş qərargahında keçirilib.
Read More »Türkiyəli nazir Şuşaya səfər edəcək
“Türkiyə və Azərbaycan münasibətlərinin tərifə ehtiyacı yoxdur. Biz “Bir millət – iki dövlət” şüarı ilə hərəkət edən iki ayrı toplumuq. Beləliklə, münasibətlərimizin səmimiyyəti və gücü məsələsində açıqlama verməyə gərək yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık bildirib. “Azərbaycan və Türkiyə bölgədəki əməkdaşlığı ilə həm dünyada, həm də türk dünyasında təhlükəsizlik …
Read More »Türkiyəli nazir: “Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir”
“1915-ci ildə Çanaqqalada çiyin-çiyinə necə savaşıblarsa, Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun igidləri də eyni duyğu ilə döyüşüblər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Bakıdakı Türk Şəhidliyində xatirə dəftərində qeyd edib. “Azərbaycanda şəhid olan əsgərlərimiz Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq əlaqələrinin heç vaxt sarsılmayacağının sübutudur. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya …
Read More »Ceyhun Bayramov Brüsselə işgüzar səfərə yola düşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Read More »Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Ursula Fon der Lyayeni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi …
Read More »Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclası sabah keçiriləcək
Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası sabah Brüsseldə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına əsasən bildirib. Onun sözlərinə görə, iclas zamanı tərəflər müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək. Ursula fon der Lyayen Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində iş aparıldığını …
Read More »Azərbaycan lideri və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış edirlər
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Read More »Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Read More »Sabah Brüsseldə Azərbaycanın XİN başçısı ilə NATO-nun Baş katibi arasında görüş olacaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Alyans məlumat yayıb. Görüş sabah Belçikanın paytaxtı Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək.
Read More »Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər, cari regional proseslər ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar