Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

İran Trampı Tehrana qarşı siyasəti dəyişməyə çağırıb

İran ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı dövlət başçısı kimi ilk müddətində Tehrana qarşı yürütdüyü düşmənçilik siyasətindən əl çəkməyə çağırır. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, bunu həftəlik brifinqdə İslam Respublikası hökumətinin nümayəndəsi Fatem Mohacerani deyib. “Donald Trampın İrana maksimum təzyiq siyasəti tamamilə uğursuz oldu. Biz Tramp hökumətini səhv siyasətlərinə yenidən baxmağa dəvət edirik. Hökumət müxtəlif iqtisadi cavab strategiyaları …

Read More »

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə müvafiq paylaşım nazirliyin “X” sosial şəbəkəsində yerləşdirilib. “Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə …

Read More »

Səfir latviyalı nazirlə Bakı və Riqa arasında iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə edib

Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviyanın iqtisadiyyat naziri Viktors Valaynis ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Biz Azərbaycan-Latviya ticari-iqtisadi əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini müzakirə etdik. Bundan əlavə, COP29-a ev sahibliyi edən Azərbaycanın prioritetlərini və fəaliyyətini təqdim etdim”, – paylaşımda bildirilib.

Read More »

Tramp Harrisi faşist adlandırıb

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp siyasətdən də danışan vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kəmalə Harrisi faşist adlandırıb. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Trampın sözlərinə görə, onun prezidentlik yarışındakı rəqibi ölkənin yarıdan çoxunu düşmən, faşist və nasist adlandırır. O, Atlantada tərəfdarları qarşısında çıxışı zamanı deyib: “Ancaq o, faşistdir. Oldu? O, faşistdir”.

Read More »

Bahar Muradova: Azərbaycan BMT ilə əməkdaşlığı genişləndirməyi nəzərdən keçirir

Azərbaycan BMT ilə əməkdaşlığı genişləndirmək üçün digər sahələri nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşündə deyib.O, Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib:“Azərbaycanın BMT-yə üzv olduğu müddətdən …

Read More »

Səfir Azərbaycan-Almaniya parlament dostluq qrupunun sədri ilə görüşüb

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun sədri Nurlan Həsənovla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Səfir Nurlan Həsənovu yenidən sədr seçilməsi münasibətilə təbrik edib. “Biz Almaniya ilə dostluğunuzu və əlaqələrin dərinləşdirilməsinə sədaqətinizi yüksək qiymətləndiririk. Növbəti illərdə sizinlə işləməyi səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd edilib.

Read More »

Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Bakı şəhərində Azərbaycan Respublikası və Belçika Krallığının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Belçika Krallığının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin ikitirəli məsələlər üzrə baş direktoru Jeroen Kooreman rəhbərlik edib.Məsləhətləşmələr zamanı Azərbaycan və Belçika arasında siyasi sahədə əlaqələr müzakirə …

Read More »

Ömer Çelik: Türkiyə Cənubi Qafqazda sülh üçün açar rolunu oynayır

Türkiyə Cənubi Qafqazda sülh üçün açar rolunu oynayır. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik keçirdiyi brifinqdə deyib. O bildirib ki, Türkiyə başqalarından fərqli olaraq təktərəfli mövqe ortaya qoymur: “Halbuki bəzi dövlətləri uzun illər Ermənistanı silahlandırıb”. Ö.Çelik söyləyib ki, bu günlərdə İstanbulda “3+3” platforması çərçivəsində keçirilən müzakirələrdə səslənən bəyanatlar da bu …

Read More »

Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə …

Read More »