Bazar , 19 May 2024

Xarici siyasət

Azərbaycan Fransaya nota verib, səfirliyin iki əməkdaşı “persona-non-grata” elan edilib

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Qeyd edilib ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin …

Read More »

Kamran Əliyev iranlı həmkarı ilə Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işini müzakirə edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniştərkibli görüş keçirilib. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə bu ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndirilməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub. Bundan başqa, görüş zamanı ölkələrimizin …

Read More »

Gürcüstan Prezidenti Azərbaycan liderini təbrik edib

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və ölkənizə xidmətinizdə uğurlar diləyirəm. Gürcüstan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri onilliklər ərzində inkişaf edir. Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində Sizin şəxsi …

Read More »

Prezident Azərbaycanla Türkiyə arasındakı daha bir sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, sənəd 2023-cü il noyabrın 13-də Ankara şəhərində imzalanıb. Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə …

Read More »

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, …

Read More »

Ceyhun Bayramov: “Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil”

“Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycandır: “Proses bir tərəfin istəyindən, arzusundan asılı deyil. Burada hər iki tərəfin müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi …

Read More »

Ərdoğan: “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq telləri gələcəkdə də güclü bünövrə olacaq

Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi təbrikində yer alıb. “Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə …

Read More »

Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, Kasım-Jomart Tokayev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Azərbaycan və Qazaxıstan prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf …

Read More »

Gələn il Qazaxıstan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Gələn il Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan lideri azərbaycanlı həmkarı İlham Əliyevi doğum günü münasibətilə təbrikində bildirib. Telefon söhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxıstan dövlət başçıları arasında keçirilən görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edilib, gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata …

Read More »

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident, Əziz Qardaşım. Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan səmimi diləklərimlə təbrik edir, ailənizlə birlikdə Sizə cansağlığı və xoşbəxtlik dolu uzun ömür arzulayıram. Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq …

Read More »