Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Mirzoyan: İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir

Ermənistan Azərbaycanla danışıqlar yolu ilə sülh sazişinin imzalanmasını vacib sayır. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi amerikalı konqresmenlərlə görüşündə deyib. A.Mirzoyan ölkə hakimiyyətinin Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar edilməsi, o cümlədən qonşularla münasibətlərin nizamlanması ilə bağlı baxışını təqdim edib. O, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla sərhədin …

Read More »

Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlib

Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 5-də Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Şimali Kipr Prezidenti Ersin Tatarı Azərbaycan Respublikası Baş nazirinin birinci …

Read More »

Prezident İlham Əliyev Cozef Baydeni təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, 4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz mürəkkəb regional …

Read More »

Azərbaycan XİN Belarusu təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belarusu Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Belarus Respublikasını və onun xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik”, – paylaşımda qeyd edilib.

Read More »

İlham Əliyev Belarus Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Belarusun lideri Aleksandr Lukaşenkonu ölkənin dövlət bayramı olan Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Möhkəm dostluq əlaqələrinə, etimada və qarşılıqlı dəstəyə əsaslanaraq son onilliklər ərzində qardaş ölkələrimiz strateji tərəfdaşlığın çoxtərəfli münasibətlərini qurublar. …

Read More »

Mirzoyan: Azərbaycanla sülh sazişi regionda sabitliyin bərqərar olması üçün vacibdir

Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan albaniyalı həmkarı İqli Hasani ilə görüşündə deyib. Görüş Xorvatiyada keçirilən “Dubrovnik” forumu çərçivəsində baş tutub. A.Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması prosesi barədə həmkarına məlumat verib. Bundan əlavə, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsinə, eləcə də müxtəlif …

Read More »

Polineziya partiyasının rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib

Fransanın dənizaşırı ərazisi olan Polineziyanın suverenliyi uğrunda mübarizə aparan “Polineziyanın Azadlığı Uğrunda Müstəqil Cəbhə”nin (Tavini Huiraatira) rəhbərliyi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə partiyanın baş katibi Viktor Maamaatuaihutapunun Azərbaycanın rəsmi şəxsləri və təşkilatlarına ünvanladığı məktublarda vurğulanıb. Təşəkkür məktubları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynliyə, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılova, Bakı Təşəbbüs …

Read More »

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 27-29-da Bakı (Azərbaycan) və Dubrovnikdə (Xorvatiya) səfərdə olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Vurğulanıb ki, Bakıda ABŞ dövlət katibinin köməkçisi Azərbaycanın yüksək vəzifəli dövlət rəsmilər görüşərək ikitərəfli əlaqələrdəki irəliləyiş və Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşması istiqamətində ABŞ-ın dəstəyini müzakirə edəcək. Qeyd …

Read More »