Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsi mühüm addımdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərakeş Krallığının Baş naziri Aziz Axanuş Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. Mərakeş Krallığının Baş naziri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsini mühüm addım kimi qiymətləndirib. Milli Məclisin sədri Baş nazirə, …
Read More »ABŞ-nin Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. Azərbaycanla ABŞ arasında bir sıra …
Read More »Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı mütəmadi iclasların keçirilməsi qərara alınıb
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən beynəlxalq konfransda iştirak edən Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi partiyaların rəhbər şəxsləri ayrıca iclas keçirərək, bir sıra məsələlər barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, “Neokolonializm: İnsan hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans çərçivəsində Cenevrədə bir araya gəlmiş Fransız Qvianası (MDES), Martinik (MODEMAS və PALİMA), Korsika (Azad Korsika), Qvadelupa …
Read More »Rusiyadan Azərbaycana 3 nəfərin ekstradisiyası təmin edilib
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Abbasov Vüqar Tiflis oğlu, Bədəlov Əzizağa Şabi oğlu və Səlimov Həbib Pərviz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Belə ki, Vüqar Abbasovun xeyli miqdarda ziyan …
Read More »Azərbaycanın XİN başçısı: “Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıyıq”
Azərbaycan Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən 47-ci iclasında çıxışında deyib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran XİN başçısı hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, …
Read More »Azərbaycan Prezidenti: “COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik”
Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. “Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. …
Read More »İlham Əliyev: “İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq”
“COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə …
Read More »İlham Əliyev: “Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq”
Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu …
Read More »Bakıda təşkil olunacaq COP29-la bağlı Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
2024-cü ildə Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Read More »Fransanın neokolonializm siyasəti ilə bağlı beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində dekabrın 14-də “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub. Boyukmillet.com-un xəbərinə görə, sənəddə qeyd olunub ki, 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV) saylı qətnamə qəbul …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
