Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Sahibə Qafarova ICESCO-nun Baş direktoru ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan ilə ICESCO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən Sahibə Qafarova, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində …

Read More »

İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məktubda deyilir: “Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan-Bəhreyn dostluq əlaqələrini …

Read More »

Mərakeşin Baş naziri: Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsi mühüm addımdır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsi mühüm addımdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərakeş Krallığının Baş naziri Aziz Axanuş Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. Mərakeş Krallığının Baş naziri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini bərpa etməsini mühüm addım kimi qiymətləndirib. Milli Məclisin sədri Baş nazirə, …

Read More »

ABŞ-nin Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. Azərbaycanla ABŞ arasında bir sıra …

Read More »

Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı mütəmadi iclasların keçirilməsi qərara alınıb

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən beynəlxalq konfransda iştirak edən Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi partiyaların rəhbər şəxsləri ayrıca iclas keçirərək, bir sıra məsələlər barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, “Neokolonializm: İnsan hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans çərçivəsində Cenevrədə bir araya gəlmiş Fransız Qvianası (MDES), Martinik (MODEMAS və PALİMA), Korsika (Azad Korsika), Qvadelupa …

Read More »

Rusiyadan Azərbaycana 3 nəfərin ekstradisiyası təmin edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Abbasov Vüqar Tiflis oğlu, Bədəlov Əzizağa Şabi oğlu və Səlimov Həbib Pərviz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Belə ki, Vüqar Abbasovun xeyli miqdarda ziyan …

Read More »

Azərbaycanın XİN başçısı: “Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıyıq”

Azərbaycan Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında keçirilən 47-ci iclasında çıxışında deyib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran XİN başçısı hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, …

Read More »

Azərbaycan Prezidenti: “COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik”

Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. “Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. …

Read More »

İlham Əliyev: “İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq”

“COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib. “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə …

Read More »

İlham Əliyev: “Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq”

Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu …

Read More »