Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Belarus Milli Kitabxanasının binası 28 May – Azərbaycanın Müstəqillik Günü şərəfinə ölkəmizin dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı Səfirliyi sosial şəbəkə hesabında məlumat yayıb. Здание Национальной библиотеки Беларуси, осветилось цветами государственного флага 🇦🇿 в честь 28 мая – Дня независимости Азербайджана.#28may #independenceday #longliveazerbaijan pic.twitter.com/PRRQoTZKMz— AzEmbassy in Belarus (@azembassy_minsk) May 29, 2023

Read More »

Azərbaycanın baş konsulu ABŞ-da həlak olmuş hərbçilərin anım mərasimində iştirak edib

Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Ramil Qurbanov Los-Anceles Milli Qəbiristanlığında həlak olmuş hərbçilərin şərəfinə təşkil edilən müharibə qurbanlarının anım mərasimində iştirak edib. Boyukmillet.com xəbər verir ki, baş konsul bu barədə tviterdəi hesabında bildirib. Mərasimdə Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğu adından əklillər qoyulub. “Öz Vətənində sülh uğrunda canından keçən hər kəsə ehtiramla”, – baş konsul qeyd edib.

Read More »

Azərbaycan XİN Ermənistanın növbəti saxtakarlığına dair faktları açıqlayıb

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdəki hesabında yazıb. “Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı: İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silərək, Laçının işğalı ilə bağlı yazıları yapışdıraraq II Dünya Müharibəsi abidəsini dağıdan və 1992-ci ilin …

Read More »

Azərbaycanla İraq arasında gənclər və idman sahələrində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla İraq arasında gənclər və idman sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı Səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov tviterdəki hesabında yazıb. “İraqın gənclər və idman naziri cənab Əhməd Əl-Mübarqa ilə görüşməkdən məmnunam. Azərbaycanla və İraq arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb”, – Nəsir Məmmədov qeyd edib.

Read More »

Aİ Şurasının İşçi Qrupu Ermənistanın vandalizm aktları, dağıntıları barədə məlumatlandırılıb

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 29-31 may tarixləri üçün Azərbaycana səfəri başlayıb. Boyukmillet.com  xəbər verir ki, təxminən 40 nəfərlik nümayəndə heyətin tərkibinə Aİ üzv dövlətlərin Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərində region üzrə məsul diplomatları, həmçinin Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmiləri daxildir. 29 may tarixində COEST Qrupu ilk …

Read More »

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) və Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında ABŞ vaxtı ilə saat 22:30-da baş tutan bu möhtəşəm hadisə ərazidə olan …

Read More »

Kanada parlamenti qarşısında Azərbaycan bayrağı qaldırılıb

Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Toronto Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin üzvləri, Azərbaycanın və Türkiyənin Kanadadakı səfirliklərinin əməkdaşları, Ottava, Toronto və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları və diaspor təşkilatlarının rəhbərləri …

Read More »

Çin rəsmisi: “Azərbaycanla münasibətlərin inkişafı daim diqqət mərkəzindədir”

Dost və tərəfdaş ölkələr olan Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafı daim diqqət mərkəzindədir. Boyukmillet.com xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Şöhrət Zakir Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Şöhrət Zakir dost və tərəfdaş ölkələr olan …

Read More »

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti Azərbaycana gələcək

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) nümayəndə heyəti yaxın günlərdə Bakıya gələcək. Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev məlumat verib. O bildirib ki, Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsi ölkə başçısının və Azərbaycan Xarici İşlər Nazirliyinin, eləcə də ölkəmizin digər səlahiyyətli strukturlarının daim diqqət mərkəzindədir. Diplomat vurğulayıb ki, bu, Azərbaycan və Ermənistan arasında münaqişədən …

Read More »

Əli Əsədov Türkiyənin Vitse-prezidentini təbrik edib

Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda vurğulanıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türkiyə xalqı ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini …

Read More »