Bazar ertəsi , 8 Dekabr 2025

Xarici siyasət

Putin Türkiyəyə səfər edəcək

Rusiya Prezidenti Prezident Vladimir Putin Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir bildirib ki, Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Akkuyu Atom Elektrik Stansiyasının açılışında iştirak etməsi nəzərdə tutulub: “Prezidentlər belə bir görüşün vacibliyi barədə razılığa gəliblər”. S.Lavrov yaxın vaxtlarda səfərlə bağlı …

Read More »

Azərbaycan XİN İsraili təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsraili müstəqillik bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in tvitterdəki paylaşımında bildirilir. Paylaşımda İsrail dövləti və xalqına müstəqilliyinin elan edilməsinin 75-ci ildönümü münasibətilə təbrik ünvanlanıb. “Azərbaycan – İsrail strateji tərəfdaşlığının dərinləşməsini səbirsizliklə gözləyirik”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında qeyd olunur.

Read More »

Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib

Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib. Bu barədə Boyukmillet.com “Rəsmi qəzet”ə istinadən xəbər verir. Türkiyə Respublikası Azərbaycan Respublikası ilə toxumçuluq sahəsində əməkdaşlıq haqqında Sazişi təsqiqləyib. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb və 16 dekabr 2022-ci ildə təsdiqlənib. Türkiyə həmçinin Azərbaycan ilə bitki mühafizəsi və karantini …

Read More »

Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətə Fədakarlığa” görə medalı ilə təltif edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib. Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasedicini də təltif edib.

Read More »

Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü olub

Aprelin 25-də Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan lideri İsrail Prezidentini təbrik edib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş və dünyanın …

Read More »

İlham Əliyev: “Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur”

“Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur”. Boyukmillet.com xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanladığı məktubda yer alıb. “Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır. Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi və …

Read More »

AŞ-nin komissarı işgəncə verilmiş Azərbaycan əsgərinin fotosunun yayılmasını vəhşilik adlandırıb

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç işgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yayılmasını vəhşilik adlandırıb. Boyukmillet.com xəbər verir ki, bu fikirləri o, Avropa Şurasının yaz sessiyası zamanı söyləyib. “İşgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yaymaq vəhşilikdir”, – o qeyd edib. Komissar azərbaycanlıların yalnız son müharibə zamanı deyil, bundan əvvəlki dövrlərdə də işgəncələrə məruz qaldığını …

Read More »

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb

Cari il aprelin 21-də Azərbaycan tərəfi “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında” Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. “Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb”, – məlumatda bildirilib.

Read More »

Azərbaycan XİN: “Fransa prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır”

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Fransanın …

Read More »