“Ermənistandan öz ata-baba yurdumuza qayıtmaq üçün şərait yaratmasını tələb edirik”. Boyukmilet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli TÜRKPA-nın ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə görüşdə deyib. “Biz cibimizdə Ermənistanın pasportunu gəzdirmişik. Həmin pasport Ermənistan vətəndaşı olduğumuzu sübut edir. Ermənistanın azərbaycanlılara yönəlmiş etnik ayrıseçkiliyinə qarşı türk qardaşlarımızın da dəstəyinə ehtiyacımız var. Ermənistan …
Read More »İlham Əliyev: “Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməlidir”
“Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişafı üçün potensial var, ticarət dövriyyəsinin artırılması üçün səylər göstərilməsi vacibdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən bildirib. Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfirlə söhbət əsnasında Azərbaycan-Avropa İttifaqı …
Read More »İlham Əliyev: “Azərbaycanla Bolqarıstan yaxın və strateji tərəfdaşdır”
Azərbaycanla Bolqarıstan yaxın və strateji tərəfdaşdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən deyib. Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb …
Read More »Latviya Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
Latviya Prezidenti Eqils Levitsin Azərbaycana səfər proqramı açıqlanıb. Bu barədə Latviya Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda bildirilib ki, Eqils Levits martın 8-9-da Azərbaycanda rəsmi səfərdə olacaq. O, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və X Bakı Qlobal Forumunun açılışında iştirak edəcək. Qeyd olunub ki, həmçinin Latviya Prezidenti ADA Universitetini ziyarət edəcək, iş adamları ilə görüşlər keçirəcək, İ.Kruminas və …
Read More »Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »“Times” meydanında Türkiyədə və Suriyada zəlzələdə həlak olanların xatirəsi yad edilib
Nyu-Yorkun məşhur “Times” meydanında Türkiyədə və Suriyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, mərasimi ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli Rəhbər Komitəsi (TASC) təşkil edib. Türkiyə bayraqları ilə bəzədilmiş meydanda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür çıxışında ölkəsinin ağır zamanlarında türk xalqı ilə birlik və həmrəylik …
Read More »BMT-nin Baş katibi: “Hər on dəqiqədə bir qadın ailə üzvü və ya sevgilisinin əlindən ölür”
“Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü, sevgilisinin əlindən ölür”. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub. Məqaləni təqdim edirik: “Bütün dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün qarşısında yox olmaqdadır. Son proqnozlara görə, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün …
Read More »FHN: “Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib”
Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir. Ümumilikdə ötən müddət …
Read More »Dövlət Departamenti: “Azərbaycan və Ermənistanla vasitəçi yox, tərəfdaşıq”
ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçi yox, tərəfdaşdır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistin Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda səfərdə ikən Moskvanın vasitəçilik rolunun əhəmiyyətini vurğulayan açıqlamasını dair verilən sualı şərh edərkən brifinqdə deyib. “Bu sual tərəflərinin özünə olmalıdır, və biz özümüzü heç bir digər vasitəçilik təklifi ilə qarşılaşdırmağa hazırlaşmırıq, və biz mahiyyətcə …
Read More »Almaniya səfiri Gəncə terroru barədə: “Mülki hədəflərə hücum etməyə heç bir haqq qazandırıla bilməz”
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Gəncə terroru barədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat tviterdə qeyd edib: “İllər keçsə də, Gəncədəki müharibə dağıntılarının görüntüləri insanı sarsıdır. Mülki hədəflərə hücum etmək və bu qədər günahsız insanı öldürməyə heç bir haqq qazandırıla bilməz!”.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
