Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib. Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması …
Read More »Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur. “Report”un Pekinə ezam olunan əməkdaşı xəbər verir ki, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Mərasim çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin …
Read More »Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub
Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və strateji yanaşmalar Türkiyənin İstanbul şəhərində təşkil olunan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təqdim olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. 21-23 apreldə keçirilmiş sammitdə ölkəmizi Agentlik və Azərbaycan Turizm Bürosu (ATB) təmsil edib. “Dayanıqlı gələcək üçün əbədi müdriklik” mövzusunda təşkil olunan tədbirdə dövlət rəsmiləri, …
Read More »Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar. Çin nümayəndə heyəti Azərbaycan …
Read More »Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı tarixi çıxışı bizə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) haqlı mübarizəsinin təkcə Türkiyənin deyil, bütün Türk dünyasının ortaq vicdan məsələsi olması həqiqətini bir daha xatırlatdı. Azərbaycan Prezidentinin ölkəsinin Şimali kiprlilərin müstəqil ölkə qurulana qədər, sona qədər onların yanında olmağa davam edəcəyi ilə bağlı sözləri həm …
Read More »Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Zati-həzrətləri, Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası, Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan …
Read More »Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək
Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İraqa səfər edib. Səfər çərçivəsində nazir müavini Yalçın Rəfiyev İraqın rabitə naziri, Azərbaycan Hökuməti və İraq Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın İraq tərəfindən həmsədri xanım Hiyam Əl-Yasiri ilə görüşüb. …
Read More »Azərbaycan və Çin arasında sənaye və investisiya sahələrində 13 əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan və Çin arasında sənaye, o cümlədən avtomobil və yüngül sənaye, eləcə də birgə investisiya təşəbbüslərinin təşviqi sahələrini əhatə edən 13 əməkdaşlıq sənədi imzalanıb. Boyukmillet.com İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, sənədlər Pekində keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində imzalanıb. Məlumata görə, AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Çinin Milli İnkişaf və İslahat …
Read More »Ərdoğan Türkiyə – Azərbaycan təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib. Boyukmillet.com-un məlumatına görə, sazişin təsdiqi barədə məlumat “Resmi Gazete”də dərc olunub. Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib. Sazişə əsasən tərəflər Azərbaycan Respublikası və Türkiyə Respublikası …
Read More »Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
