Cümə axşamı , 19 Fevral 2026

Xarici siyasət

Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvini dəstəkləyib

Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasını dəstəkləyib. Boyukmillet.com xəbərr verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair yaydığı bəyanatda qeyd edilib. “ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq”, – …

Read More »

Şimali Makedoniya Prezidenti Azərbaycanla diplomatik pasport sahibləri üçün vizanın ləğvini təklif edib

Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Şimali Makedoniya və Azərbaycan arasındakı diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqinin ləğv edilməsindən danışıb. Boyukmillet.com xəbər verir ki, Prezident bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib. Qordana Silyanovska-Davkova bildirib ki, dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq: “Zənnimcə, bu, nə …

Read More »

Rusiya ticarət nümayəndəliyi Azərbaycanla yeni müqavilələrin imzalanmasına hədəflənib

Rusiya ticarət nümayəndəliyinin biznes missiyası çərçivəsində əsas vəzifəsi Moskva müəssisələrinin müasir, yüksək keyfiyyətli məhsullarının Azərbaycana tədarükü və yeni razılaşmalara dair sazişlərin bağlanmasıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Moskva şirkətlərinin biznes missiyası çərçivəsində təqdimat sessiyasında bildirib. Onun sözlərinə görə, Moskva İxrac Mərkəzi və Rusiyanın ticarət nümayəndəliyi paytaxt müəssisələrinin Azərbaycan bazarına çıxmasına kömək edir. “Biz …

Read More »

Azərbaycan BMT İHŞ-nin sessiyasında minaların fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını ifadə edib

Azərbaycan mina çirklənməsinin fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını ifadə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin bəyanatında bildirilib. Martın 10-da Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Azərbaycanın daimi missiyası bəyanat təqdim edib. Bəyanatda Azərbaycan hökumətinin fiziki məhdudiyyətli qadınların ictimai həyata inteqrasiyasına, o cümlədən sosial müdafiə, reabilitasiya və …

Read More »

Xarici işlər naziri Ərtoğruloğlu Londonda görüşlər keçirib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu 3-7 mart tarixləri arasında Londonda bir sıra görüşlər keçirib. Ərtoğruloğlu səfəri çərçivəsində Böyük Britaniya Parlamentinin ŞKTC Dostluq Qrupu və Böyük Britaniya parlamentindəki müxtəlif siyasi partiyalardan olan millət vəkilləri ilə görüşlər keçirib. Beyin mərkəzlərində keçirilən dəyirmi masalara qatılan Ərtoğruloğlu Kipr məsələsi ilə bağlı danışıb, müxtəlif mətbuat qurumlarında bəziləri canlı yayımlanan müsahibələr …

Read More »

Qardaş ölkələrin nümayəndələri Elnarə Abdullayevanın iftar süfrəsində bir araya gəldi – FOTO

Əməkdar artist Elnarə Abdullayevanın təşəbbüsü ilə Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edilib. İftar süfrəsinə Azərbaycan və Türkiyədən ziyalılar, tanınmış sənətçilər, iş insanları və mətbuat nümayəndələri iştirak edib.  Boyukmillet.com xəbər verir ki, Elnarə Abdullayeva qonaqları salamlayaraq, müqəddəs Ramazan ayı münasibəti ilə onları təbrik edib və ən xoş arzularını çatdırıb.  İftar süfrəsində qonaq qismində iştirak edən Türkiyə səfirliyinin mətbuat müşaviri …

Read More »

Tramp İranla bağlı elə sözlər dedi ki… – “Bu xalqı incitmək istəmirəm, amma…”

ABŞ prezidenti Donald Tramp “FOX News”a verdiyi müsahibəsində İranla gələcək əlaqələrdən, bundan sonra bu ölkə ilə bağlı siyasətinin nədən ibarət olacağından danışıb.  Boyukmillet.com xəbər verir ki, o, bildirib ki, İranla problemlər həll edilər bilər, lakin bunun iki yolu var.  “İranla problemi həll etməyin iki yolu var: hərbi yolla və ya razılaşma yolu ilə. Mən razılaşmaya üstünlük verirəm, çünki İran xalqını incitmək …

Read More »

Rəsmi Bakının Suriya və Fələstinlə bağlı mövqeyi açıqlanıb

Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qalır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib. Nazir mülki şəxslərin ölümünə səbəb olan güc …

Read More »

Azərbaycan ilə NATO arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Ramid Namazovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyası çərçivəsində görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edib. Bu barədə Boyukmillet.com -a NATO yanında Azərbaycan nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO Parlament Assambleyasının Baş katibi, həmçinin bir neçə komitənin rəhbərləri ilə görüşlər keçirib. “Görüşlərdə Azərbaycan ilə NATO …

Read More »