Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

İsveç Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır

İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan- Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb. “Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır. Davamlı sülhə gedən yeganə yol dialoqdan keçir”, – o yazıb. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Read More »

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Azərbaycana səfərə gəlib

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, 2 gün davam edəcək səfərdə Azərbaycan-Ermənistan diplomatik münasibətləri müzakirə olunacaq. Qeyd edək ki, F.Riker sentyabrın 9-10-da Ermənistanda səfərdə olub.

Read More »

Səfir: “Türkiyə Azərbaycanın haqlı davasında yanında olub və olmağa davam edəcək”

“Türkiyə Azərbaycanın haqlı davasında hər zaman yanında olub və olmağa davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviterdə yazıb. “Azərbaycan-Ermənistan sərhədində erməni təxribatlarında şəhid olan igidlərə Allahdan rəhmət, ailələrinə və silahdaşlarına səbirlə başsağlığı, yaralı qardaşlarımıza şəfa diləyirəm”, – diplomat bildirib.

Read More »

Bakıda Xəzərlə bağlı Azərbaycan-Türkmənistan Birgə işçi qrupunun iclası keçirilib

Bakıda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib. Görüşdə Azərbaycan Respublikasının və Türkmənistanın …

Read More »

NATO Ermənistan-Azərbaycan sərhədindəki gərginlikdən narahatdır

“NATO Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalardan narahatlığını bildirib”. Boyukmillet.com xəbər verir ki, bunu NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb. “Ermənistanla Azərbaycan sərhədində baş verən toqquşmalardan çox narahatıq. NATO hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırır”, – o vurğulayıb. Xatırladaq ki, sentyabrın 12-də gecə …

Read More »

Ərdoğanın sözçüsü: “Sülh ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər”

“Azərbaycan-Ermənistan sərhədindəki toqquşma bizi narahat edir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviter səhifəsində yazıb. “Müzakirələr davam edərkən Ermənistan təxribatlardan çəkinməlidir. Sülh və sabitlik ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər”, – o bildirib. İ.Kalın həmçinin Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Read More »

Mövlud Çavuşoğlu: “Ermənistan yenə təxribat törətdi, Türkiyə Azərbaycanın yanındadır”

“Ermənistan təxribatlarını davam etdirir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Azərbaycanın torpaqları 30 il işğal altında saxlanılıb. Beynəlxalq qurumlar heç nə etmədi, beynəlxalq hüquq işləmədi. Nəhayət, Azərbaycanın səbri tükəndi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Sülh üçün imkan yarandı. Amma Ermənistan dünən növbəti dəfə təxribatlar törətdi. Ermənistan hər fürsətdə mənfi mövqedə olduğunu ortaya qoyur. …

Read More »

Türkiyənin hakim partiyası: “Ermənistan təxribatlara son verməlidir”

“Ermənistan təxribatlara son verməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim partiyası (AK Parti) sədrinin müavini və sözçüsü Ömər Çelik tviter səhifəsində yazıb. “Sülh hər kəsin xeyrinədir. Bu gün toqquşma üçün Ermənistanı təhrik edən qüvvələr ancaq öz mənfəətlərini düşünürlər”, – o bildirib. Ö.Çelik həmçinin deyib ki, Ermənistan Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır.

Read More »

Azərbaycan XİN: “Ermənistan beynəlxalq hüququ pozur”

“Ermənistan tərəfi beynəlxalq hüquqa əməl etmir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb. O bildirib ki, bu, həm də üçtərəfli bəyanatların şərtlərinin pozulmasıdır: “Həmçinin təxribatlar davam edən normallaşma prosesinə ziddir. Provokasiyalar Azərbaycanın yenidənqurma işlərinə mane olur”.

Read More »

Mövlud Çavuşoğlu: “Ermənistan dərhal təxribatlara son qoymalıdır”

“Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. “Ermənistan dərhal təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, – o qeyd edib.

Read More »