Azərbaycan hökuməti hesabatı qərəzli adlandırdı Avropa Şurasının Milli Azlıqların Qorunması Haqqında Çərçivə Komissiyası üzrə Məşvərət Komitəsi Azərbaycanla bağlı növbəti – beşinci hesabatını dərc edib. Hesabatda qeyd edilir ki, Azərbaycan çoxmillətli ölkə olaraq etnik mədəniyyəti, dil və dini dözümlülüyü və hörməti təbliğ etməyə çalışır. Belə ki, milli azlıqlara aid olan şəxslərin hüquqları Konstitusiya və multikulturalizm siyasəti ilə qorunur. Lakin Məşvərət Komitəsi hesab edir …
Read More »XİN BMT komitəsinin itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə barədə məlumat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən konsensusla qəbul edilən A/C.3/79/L.35 nömrəli, ”İtkin düşmüş şəxslər” adlı qətnamə barədə məlumat yayıb. XİN-dən bildirilib ki, BMT-yə üzv olan 56 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub. Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir. Məlumata görə, qətnamədə, silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar …
Read More »Prezident İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İsrail Prezidentinin COP29-da iştirak üçün Bakıya nəzərdə tutulan səfəri ləğv edilib
İsrail bunu təhlükəsizliklə əlaqələndirir, Azərbaycan isə Türkiyənin icazə verməməsi ilə İsrail Prezidenti İshaq Hersoqun Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün planlaşdırılan səfəri ləğv edilib. “Ynet”-in yazdığına görə, bu məlumat Azərbaycan və İsraildəki mənbələr tərəfindən təsdiqlənib. İsrail Prezidentinin ofisinin rəsmi açıqlamasında COP29-a səfərin “təhlükəsizlik səbəbi ilə” ləğv edildiyi bildirilsə də, ev sahibi Azərbaycan əsl səbəbin Türkiyənin “Wing of Sion” təyyarəsinin öz …
Read More »Əliyev Avropa Şurasının Baş katibi ilə görüşündə gözləntilərini açıqlayıb
“COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvaram” Noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb. “president.az”ın yaydığı məlumata görə, İlham Əliyev Alen Berseyə deyib ki, adətən, sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olur: “Azərbaycanın isə cəmi 11 ayı vardı və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib”. Ölkə başçısı mahiyyəti …
Read More »BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib
BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. “Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında …
Read More »Borel Əliyevə cavab verdi: “Biz Fransa və Niderlandla birlikdəyik”
Aİ rəsmisi hesab edir ki, Əliyevin fikirləri Azərbaycanın COP29-a ev sahibliyini sual altına alır Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel (Jozep Borrel) Azərbaycanın Prezidenti İlham Əliyevin noyabrın 13-dəki çıxışından təəssüfləndiyini deyib. Borel Əliyevin fikirlərini qəbuledilməz adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində Fransa və …
Read More »BƏM Bakı ilə Yerevanın qarşılıqlı iddiasını araşdıracaq
Tərəflər bir-birini etnik təmizləmədə günahlandırır BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Azərbaycan və Ermənistanın qarşılıqlı iddialarını araşdırmağa razılaşıb. Hər iki ölkə bir-birini Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Bütün Formalı İrqi Ayrı-seçkiliyin Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edir. Noyabrın 12-də keçirilən proses haqda “BBC”-nin rus redaksiyasının yaydığı məlumatda deyilir ki, məhkəmə həm Azərbaycan, həm də Ermənistan hakimiyyətinin iddialarını bu orqanın səlahiyyətlərinə aid olmadığına …
Read More »Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada bu problemlər (müstəmləkə qaydaları – red.) yenə də yaşanır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı söyləyib. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı …
Read More »COP29 çərçivəsində Nazirlər dialoqu keçirildi
COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpaolunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib. Boyukmillet.com Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və maliyyə institutlarının təmsilçilərini bir araya gətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmiş öhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
