Bazar , 11 Yanvar 2026

Xarici siyasət

“Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrə Saziş imzalayacağıq” – Şavkat Mirziyoyev

Yaxın günlərdə Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrə Saziş imzalayacağıq. Boyukmillet.com xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən COP29 konfransında çıxışı zamanı bildirib. “Biz qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasının həyata keçirilməsinə başlamışıq. Yaxın günlərdə Avropa İttifaqına ekoloji təmiz enerji tədarükü üzrə çoxtərəfli saziş imzalayacağıq”, – o bildirib. Prezidentin sözlərinə görə, Özbəkistanın Paris Sazişi çərçivəsində əsas …

Read More »

Mehriban Əliyeva COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Bakıda keçirilən COP29-un Liderlər Sammiti ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib”. https://www.instagram.com/_u/firstvicepresidentazerbaijan/?utm_source=ig_embed&ig_rid=2021338f-abb2-4cae-9483-a721a119a8e4&ig_mid=7C53A6F4-23D2-4616-B566-CFF182E72E95

Read More »

İran Trampı Tehrana qarşı siyasəti dəyişməyə çağırıb

İran ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı dövlət başçısı kimi ilk müddətində Tehrana qarşı yürütdüyü düşmənçilik siyasətindən əl çəkməyə çağırır. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, bunu həftəlik brifinqdə İslam Respublikası hökumətinin nümayəndəsi Fatem Mohacerani deyib. “Donald Trampın İrana maksimum təzyiq siyasəti tamamilə uğursuz oldu. Biz Tramp hökumətini səhv siyasətlərinə yenidən baxmağa dəvət edirik. Hökumət müxtəlif iqtisadi cavab strategiyaları …

Read More »

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciəvi hadisə nəticəsində 14 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə müvafiq paylaşım nazirliyin “X” sosial şəbəkəsində yerləşdirilib. “Novi Sadda baş verən, çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən faciə ilə əlaqədar dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına, dost Serbiya xalqına və hökumətinə …

Read More »

Səfir latviyalı nazirlə Bakı və Riqa arasında iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə edib

Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviyanın iqtisadiyyat naziri Viktors Valaynis ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Biz Azərbaycan-Latviya ticari-iqtisadi əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini müzakirə etdik. Bundan əlavə, COP29-a ev sahibliyi edən Azərbaycanın prioritetlərini və fəaliyyətini təqdim etdim”, – paylaşımda bildirilib.

Read More »

Tramp Harrisi faşist adlandırıb

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp siyasətdən də danışan vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kəmalə Harrisi faşist adlandırıb. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Trampın sözlərinə görə, onun prezidentlik yarışındakı rəqibi ölkənin yarıdan çoxunu düşmən, faşist və nasist adlandırır. O, Atlantada tərəfdarları qarşısında çıxışı zamanı deyib: “Ancaq o, faşistdir. Oldu? O, faşistdir”.

Read More »

Kazanda İlham Əliyevlə Nikol Paşinyanın görüşü başlayıb

Kazanda Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, görüş XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının iclası zamanı keçirilir.

Read More »

Bahar Muradova: Azərbaycan BMT ilə əməkdaşlığı genişləndirməyi nəzərdən keçirir

Azərbaycan BMT ilə əməkdaşlığı genişləndirmək üçün digər sahələri nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşündə deyib.O, Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib:“Azərbaycanın BMT-yə üzv olduğu müddətdən …

Read More »

Səfir Azərbaycan-Almaniya parlament dostluq qrupunun sədri ilə görüşüb

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun sədri Nurlan Həsənovla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Səfir Nurlan Həsənovu yenidən sədr seçilməsi münasibətilə təbrik edib. “Biz Almaniya ilə dostluğunuzu və əlaqələrin dərinləşdirilməsinə sədaqətinizi yüksək qiymətləndiririk. Növbəti illərdə sizinlə işləməyi səbirsizliklə gözləyirik”, – paylaşımda qeyd edilib.

Read More »

Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Bakı şəhərində Azərbaycan Respublikası və Belçika Krallığının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Belçika Krallığının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin ikitirəli məsələlər üzrə baş direktoru Jeroen Kooreman rəhbərlik edib.Məsləhətləşmələr zamanı Azərbaycan və Belçika arasında siyasi sahədə əlaqələr müzakirə …

Read More »