Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Ceyhun Bayramov: “Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır”

“İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, həmin xəritələrin dəqiqliyi təxminən 25 faizdir. “Ermənistan tərəfindən təqdim olunan yeni mina xəritələri mütəxəssislər tərəfindən təhlil edilir. Bunun üçün zaman lazımdır. Bununla da acı faciələrin qarşısını ala bilərik”, – XİN başçısı vurğulayıb.

Read More »

Tbilisidə Heydər Əliyevin xatirəsi yad edilib

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları iştirak ediblər. Ulu öndərin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Read More »

Nüfuzlu beynəlxalq təşkilat Heydər Əliyevin xatirəsini anıb

Türk Dövlətləri Təşkilatı özünün tviterdəki səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Dekabrın 12-si dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu münasibətlə Türk Dövlətləri Təşkilatı olaraq müasir Azərbaycanın Ulu Öndərini və Qurucusunu dərin ehtiramla yad edirik”. Xatırladaq ki, noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin …

Read More »

Azərbaycan XİN Ermənistanın sərhəddə törətdiyi təxribatları pisləyib

“Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub. 9-10 dekabr …

Read More »

Ermənilər Qarabağda ən çox hansı əraziləri minalayıb? – Açıqlama

İşğaldan azad olunmuş ərazilərdə səfərlər intensiv xarakter alıb. Təkcə dövlət qurumları, yəni ayrı-ayrı nazirliklər və idarələr deyil, humanitar fəaliyyətlə məşğul olan təşkilatlar, televiziyalar, informasiya agentlikləri, özəl şirkətlər də Qarabağa silsilə səfərələr təşkil edirlər. Bununla bərabər, postmüharibə dövründə 200-ə yaxın azərbaycan vətəndaşı minaların qurbanı olub. Bəzi istisnaları nəzərə almasaq bu səfərlərin xətasız örtüşdüyünü söyləmək mümkün deyil. Buna səbəb nədir? Niyə insanlar …

Read More »

Ceyhun Bayramov Koreya səfiri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib. Boyukmillet.com xəbər verir ki, Nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında münasibətlərin siyasi, iqtisadi, humanitar istiqamətlərdə inkişafından məmnunluqla bəhs edib və səfirin bu xüsusda səylərini yüksək qiymətləndirib. Pandemiyaya rəğmən son illərdə ikitərəfli münasibətlərin inkişafının davam etdiyini, səfərlərin …

Read More »

Səfir Türkiyənin Ağcabədidə yerləşən hərbi missiyasının qərargahına baş çəkib

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Ağcabədi rayonunda səfərdə olub. Boyukmillet.com xəbər verir ki, bunu diplomat tviter səhifəsində yazıb: “Səfirliyimizin hərbi attaşesi general-mayor Zəkəriyə Yalçın, daxili məsələlər üzrə müşavir general-mayor Nuri Öztürk, hüquq müşaviri Oral Yurdakul ilə birlikdə Ağcabədiyə səfər etdik. Azərbaycanda fəaliyyət göstərən Missiya Qrup Komandanlığımızın tərkibində olan və Ağcabədidə yerləşən Missiyaya Dəstək Komandanlığını ziyarət etdik. Polkovnik …

Read More »

Ersin Tatar Şimali Kiprin müstəqilliyinin tanınmamasının səbəbini açıqlayıb

“Şimali Kipr Türk Respublikasının tanınması ilə bağlı beynəlxalq ictimaiyyətdən hər hansı bir gözləntim yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən deyib. “Siyasi baxımdan problem olduğuna görə bizi tanımırlar. Bizim bir az səbrli olmağımız lazımdır. Bizim çox ağıllı insanlarımız var. Öz dövlətimizi gücləndirmək üçün əlimizdən gələni etməkdəyik. …

Read More »

Rusiya və Ermənistan XİN başçılarının müavinləri görüşüb

Moskva şəhərində Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və ermənistanlı həmkarı Vahe Gevorkyan arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Görüşdə ikitərəfli əlaqələrə dair aktual məsələlər, o cümlədən gündəmdə olan beynəlxalq və regional problemlər müzakirə edilib. Qeyd edək ki, bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında …

Read More »

Şimali Kipr Prezidenti Azərbaycana səfər etmək istəyir

“Azərbaycana fəxri doktor kimi səfər etmək istəyirəm. Bu istəyimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılıb”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən səsləndirib. Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev …

Read More »