Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Şimali Kipr lideri: “Qarabağ zəfəri bizim də zəfərimizdir”

“Azərbaycan bizim qardaş dövlətimizdir”. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən səsləndirib. “Qarabağ zəfəri bizim də zəfərimizdir. Şimali Kipr türkləri də sizlər kimi soyqırımların qurbanı olublar. Biz eyni millətin övladlarıyıq”, – o bildirib.

Read More »

Bu gün Moskvada “3+2” formatında ilk görüş keçiriləcək

Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2” formatında regional platformanın ilk toplantısı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, iclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılacaq. Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edəcək. Danışıqların “3+3” formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan …

Read More »

Ersin Tatar Kıbrıs türklərinin Avropa Birliyinə qəbulunun vacibliyindən danışdı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Avropa Komissiyasının baş katibi Mario Nava ilə onlayn görüş keçirib.  Boyukmillet.com xəbər verir ki, nümayəndə heyətlərinin də iştirak etdiyi görüşdə prezident Ersin Tatar Kıbrıs Türklərinin Avropa Birliyinə (AB) qəbulu, eləcə də AB ilə qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Adanın və bölgənin sabitliyinin açarının müxtəlif sahələrdə birgə çalışmaq olduğunu ifadə …

Read More »

Əfqan Salmanov: Azərbaycan-Ukrayna münasibətləri və Heydər Əliyev

Azərbaycan və Ukrayna müstəqillik əldə etdikdən sonra ümümmilli lider Heydər Əliyev iki ölkə arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən missiyanı böyük siyasi bacarıqla yerinə yetirmişdir. Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrik siyasət nəticəsində ölkələrimiz arasında davamlı və yüksək səviyyədə iqtisadi və …

Read More »

Azərbaycanı “3+3” platformasında Xələf Xələfov təmsil edəcək

Moskva şəhərində sabah “3+3” formatında keçiriləcək regional platformanın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Bu barədə Boyukmillet.com Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinə istinadən xəbər verir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradılmış “3+3” formatında platformanın ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər …

Read More »

Sabah Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının müavinləri görüşəcək

“Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. “Azərbaycan, Ermənistan, Rusiya Federasiyası və İranın xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcəyi iclasda ölkəmizi xarici işlər nazirinin …

Read More »

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və “3+3” formatını müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi …

Read More »

XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatına üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “2021-ci il dekabrın 8-də Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30 ili tamam olur. İƏT ilə münasibətlərin inkişafı və təşkilat ilə dəyərli əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə daxilidir və son 30 ildə bu istiqamətdə ölkəmiz tərəfindən davamlı …

Read More »

Nazir müavini: “Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatəti rədd edilib”

“Ermənistan son aylarda bəzi ölkələrin parlamentində ermənipərəst deputatların vasitəsilə Bakı şəhərində açılmış Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu bildirmişdi”. boyukmillet.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Azərbaycana qarşı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. “Hətta müxtəlif səviyyələrdə müxtəlif qərəzli bəyanatlara nail olmuşdur. Lakin Azərbaycan bu məsələyə sırf hüquqi prizmadan yanaşıb. …

Read More »

XİN: “Ermənistan beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır”

“Ermənistanın beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunması üçün Ermənistanın yol verdiyi pozuntulara təkcə BMT-nin Beynəlxalq Məhkəməsində deyil, digər müxtəlif beynəlxalq strukturlarda da baxılacaq”. Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O, Azərbaycanın əvvəlcə Avropa İnsan Hüquqları Məkəməsinə müraciət etdiyini, Ermənistanın da …

Read More »