Bazar , 11 Yanvar 2026

Xarici siyasət

Prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri ilə görüşəcək – RƏSMİ

“Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin …

Read More »

Münaqişədən sonra Cənubi Qafqazda yaranan vəziyyət Belçikada müzakirə olunub

Brüssel Mətbuat Klubunda “Münaqişədən sonrakı çağırışlar: Cənubi Qafqaz regionu” (“Post-Conflict Challenges: South Caucasus Region”) mövzusunda konfrans və virtual sərgi keçirilib. Boyukmillet.com xəbər verir ki, “Haider Global BVBA” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda Avropa Parlamentinin indiki və sabiq deputatları, siyasətçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Avropa Parlamentinin sabiq üzvü, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sabiq sədri Səyyad Kərimin moderatorluğu ilə aparılan …

Read More »

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının toplantısını keçirib

Rusiya Prezidenti Valdimir Putin videokonfrans formatında Təhlükəsizlik Şurasının daimi üzvlərinin əməliyyat müşavirəsini keçirib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Kremlin.ru” saytı yayıb. Rusiya Prezidenti müxtəlif beynəlxalq təşkilatlardakı fəaliyyətindən danışıb. O, pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səy göstərməsinin vacibliyindən bəhs edib. Vladimir Putin ölkəsinin bu istiqamətdə göstərdiyi fəaliyyəti də vurğulayıb.

Read More »

BMT Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib

Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qətnaməyə 126 BMT üzvü dövləti həm-müəllif …

Read More »

Azərbaycan ABŞ-dakı beynəlxalq təhsil həftəsində təmsil olunur

ABŞ-ın Florida Beynəlxalq Universitetində (FIU) təhsil alan azərbaycanlı tələbələr Azərbaycanı beynəlxalq təhsil həftəsində təmsil ediblər. Boyukmillet.com xəbər verir ki, dünyanın bir çox ölkələrinin (İsrail, Somali, Kosta-Rika, Pakistan, Braziliya, Hindistan) aparıcı ali təhsil müəssisəsinin qatıldığı beynəlxalq təhsil həftəsində universitet rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər universitetlərdə təhsil alan tələbələr iştirak ediblər. Ölkəmiz beynəlxalq təhsil həftəsində “Land of fire …

Read More »

Səfir: “Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır”

İtaliyanın nüfuzlu “il Giornale” qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi hərbi təxribatların nəticəsi olaraq yaranmış vəziyyətə dair “Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır” sərlövhəli məqaləsi dərc olunub. Azərbaycanın İtaliyadakı səfirliyindən “Report”a verilən məlumata görə, diplomatın məqaləsində qeyd olunur: “Azərbaycan son aylarda dəfələrlə Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən bütün regionda …

Read More »

ATƏT sədri Ceyhun Bayramovla regiondakı vəziyyəti müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ann Linde tviter səhifəsində yazıb. Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub. “Mən tərəfləri deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, – …

Read More »

Ərdoğanın İrana səfərinin hədəfi – Alam Saleh

Düşünürəm ki, bu iki ölkənin müzakirə edəcəyi mövzular müxtəlif və çoxsaylıdır. Bunlardan birincisi iqtisadi əlaqələr, xüsusən də İranın Türkiyəyə qaz ixracı ilə bağlıdır. Tərəflər arasında mövcud olan müqavilə 2026-cı ildə başa çatacaq, ona görə də yaxın bir neçə ildə qaz ixracı ciddi formada müzakirə olunmalıdır. Bu sözləri Axar.az-a Avstraliya Milli Universitetinin Ərəb və İslam Araşdırmaları Mərkəzinin mütəxəssisi, Britaniya Yaxın Şərq Araşdırmaları …

Read More »

Türkiyə səfiri Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib

“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu barədə tviter səhifəsində paylaşım edib. Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Read More »

Azərbaycan YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilib

YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Boyukmillet.com xəbər verir ki, seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib. YUNESKO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan xüsusilə inkişaf etməkdə olan ölkələrdə YUNESKO-nun mandatının …

Read More »