Azərbaycan QHT-ləri Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının işğalda olan …
Read More »Azərbaycan BMT Baş Assambleyasına yeni qətnamə layihəsi təqdim edəcək
“Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı deyib. “BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz …
Read More »İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Prezident, Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin …
Read More »Əli Əsədov Gürcüstanın Baş nazirinə başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib. Ə.Əsədov faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Read More »Sahibə Qafarova Slovakiyanın xarici işlər naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İvan Korçokla görüşüb. İvan Korçok Milli Məclisin sədri ilə görüşdən məmnunluğunu bildirib və Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir bu əlaqələrin dərinləşməsində parlament diplomatiyasının rolunu ifadə edib. O, qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Cari ilin …
Read More »Bakıda “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” simpoziumu başlayıb
Bakıda Azərbaycan Texniki Universiteti, Türk Ocağı Dərnəyi və TİKA-nın birgə təşkilatçılığı ilə “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpozium işə başlayıb. Boyukmillet.com xəbər verir ki, Texniki Universitetdə keçirilən tədbirin əsas müzakirə mövzusu Türk Dünyasının birliyidir. Tədbirin ilk məruzələri Azərbaycan Ordusunun 44 günlük Zəfərinə həsr edilib. Oktyabrın 10-na kimi davam edəcək simpoziumun açılış mərasimində təhsil nazirinin müavini Muxtar …
Read More »Hulusi Akar: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsinə dəstək verməyə davam edəcəyik”
“Azərbaycanlı və liviyalı qardaşlarımızın yanında olub onlara haqlı mübarizələrində dəstək verməyi davam etdirəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Milli Müdafiə Universiteti Dəniz Hərbi Kollecinin 2021-2022 tədris ilinin açılış mərasimində bildirib. Nazir Yunanıstan və Kiprin yunan hissəsindəki hökumətin silahlanmasına münasibət bildirərək deyib: “Yunanıstan və yunan Kipri son dövrlərdə bəzi ölkələrin təşviqi və təhriki ilə sürətlə silahlanma …
Read More »Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
7 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Vasile Soareni qəbul edib. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Azərbaycan və Rumıniya arasında mövcud olan sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərini qeyd edən …
Read More »Azərbaycan Qırğızıstana yeni səfir təyin edib
Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, L.Qəndilov bu ilin iyulunda Azərbaycanın Belarusdakı səfiri vəzifəsindən geri çağırılmışdı.
Read More »Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hülusi Akarla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş Gürcüstanın Kaxeti bölgəsində üç ölkənin müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub. Görüşdə müdafiə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı və regionda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
