ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiriyin Twitter səhifəsində məlumat yayılıb. “Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, diplomatik nümayəndəlikdən bildirilib.
Read More »Mövlud Çavuşoğlu: “Azərbaycanlı qəhrəmanlarımızı rəhmətlə yad edirəm”
“Bu gün Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı Vətən müharibəsinin birinci ildönümüdür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bununla əlaqədar olaraq, başda azərbaycanlı qəhrəmanlarımız olmaqla, vətənlərimizin ərazi bütövlüyü, təhlükəsizliyi və müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, – nazir bildirib.
Read More »Türk Şurasının XİN başçıları Azərbaycan şəhidlərinin xatirəsini yad ediblər
Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici diplomatlardan Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunmasını xahiş edib. Daha sonra toplantı iştirakçıları ayağa qalxıblar, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Read More »Azərbaycan Prezidenti Türkiyəyə təşəkkür edib
“44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün – Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. “Türkiyə …
Read More »Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
Azərbaycan Respubikası Xarici İşlər Nazirliyi 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə bağlı bəyanat yayıb Boyukmillet.com bəyanatı təqdim edir. “Bir il bundan öncə bu gün, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan Respublikasının silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını almaq üçün cavab tədbirlərinə başladı. Bu tədbirlər Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə …
Read More »BMT baş katibi Azərbaycana təşəkkür edib
BMT baş katibi Antoniu Quttereş Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə A.Quttereşin ofisi məlumat yayıb. Qeyd edilir ki, Antoniu Quterreş və Ceyhun Bayramov Qafqazda sülh səylərini və Bakı ilə İrəvan arasında dialoqu müzakirə ediblər. “Baş katib BMT-nin Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqa və sülhməramlı səylərə dəstəyini vurğulayıb və beynəlxalq təşkilatın münaqişədən zərər …
Read More »Türkiyəli deputat: “BMT Təhlükəsizlik Şurasının daimi üzvləri dəyişməlidir”
“BMT-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur. Burada faktiki olaraq çoxluğun deyil, BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvünün fikri önəmli hesab olunur. Bu sistem tez bir zamanda dəyişməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən Türkiyənin Böyük Birlik Partiyasının sədri, millət vəkili Mustafa Dəstici deyib. O, qərarların icrasında ciddi problemlər …
Read More »İƏT nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb
İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyətinin Gəncə şəhərinə səfəri başlayıb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, İƏT-in 5 nəfərdən ibarət nümayəndə heyəti Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib. Qonaqlar orada dünyasını dəyişən şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan əraziyə güllər …
Read More »Azərbaycan XİN rəhbəri həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri ilə görüşüb
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Bu barədə Boyukmillet.com Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları …
Read More »Ceyhun Bayramov BMT-də daha beş həmkarı ilə görüşüb
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Qvatemala xarici işlər naziri Pedro Brolo Vila, Suriya xarici işlər naziri Faisal Mekdad, Sent-Kits və Nevis Federasiyasının xarici işlər naziri Mark Brantli, Qrenada xarici işlər naziri David Piter və Lesoto Krallığının Xarici İşlər və Beynəlxalq Əlaqələr naziri Matsepo Ramakoa ilə ikitərəfli görüşlər …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
