“İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün Azərbaycanda dövlət Silahlı Qüvvələrlə bağlı yaxşı işləmişdi və bütün millət, cəmiyyət nələrin yaşandığını başa düşürdü, dövlət siyasətini dəstəkləyirdi”. Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın gənclər hərkatında aparıcı Ukrayna Milli Skaut Təşkilatının (PLAST) sədri, tarixçi ekspert Yuriy Yuzıç deyib. O bildirib ki, müşahidələrimə əsasən, bu müharibədə Azərbaycanda yeni nəslin, gənclərin töhfəsi çox oldu: “Bilirsiniz, Azərbaycan …
Read More »Xidmət rəisi: “Türkiyəyə göndərilən yanğınsöndürənlərimizdən ciddi xəsarət alan yoxdur”
“Türkiyədə yanğınların söndürülməsində iştirak edən əməkdaşlarımız arasında ciddi xəsarət alan yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib. O bildirib ki, sadəcə iki nəfər yüngül xəsarət alıb: “İki nəfər əməkdaşımızın yanğınların söndürülməsi zamanı ayağı burxulub. Onlara da lazımi köməklik göstərilib. Hazırda əməkdaşlarımız Türkiyədə yanğınların söndürülməsi işlərində fəal iştirak edirlər”.
Read More »Azərbaycan nümayəndə heyəti İrana gedib
Azərbaycan nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter hesabında paylaşım edib. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir. Səfir paylaşımında bildirib ki, qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir.
Read More »Baş nazir: “Gürcüstanda yüksək vəzifələrdə azərbaycanlıları daha çox görmək istəyirəm”
“Bu gün bir çox vətəndaşlarımız gürcücə nə danışa, nə də yaza bilir. Bu, çox ağrılıdır və əlbəttə ki, problemdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Aparatının 10 illik failiyyət planının təqdimat mərasimində çıxışında deyib. Onun sözlərinə görə, konkret vəzifələrdən biri 2030-cu ilə qədər Gürcüstanın bütün vətəndaşlarının gürcücə sərbəst danışmasına nail …
Read More »“Əl-Cəzirə”-nin İnsan Haqları Mərkəzinin direktoru MEDİA Agentliyində
Avqustun 3-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Azərbaycanda səfərdə olan Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru Sami Əl – Hacc ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonağa qurumun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzivə Beynəlxalq Avrasiya …
Read More »AKP-nin rəsmisi: “Azərbaycanlı qardaşlarımızın bizimlə bir yerdə olduğunu gördük”
“Bir millət, iki dövlət” dediyimiz azərbaycanlı qardaşlarımıza bizi bu çətin vəziyyətdə tək qoymadıqları üçün Çorum şəhərindən sevgi və hörmətlərimizi göndəririk”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Çorum şəhər təşkilatının sədri Yusuf Ahlatçı jurnalistlərə açıqlamasında deyib. “Hörmətli ölkə rəhbərimizin də dediyi kimi – “Biz qardaşıq”. Azərbaycan çətin vəziyyətə düşdük deyəndə, oradakı qardaşlarımızın başı dara düşdüyündə …
Read More »Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Vladanka Andeyevanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, Vladanka Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.Nazir Ceyhun Bayramov təyinatı münasibətilə yeni rezident əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, V.Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyini ifadə …
Read More »Süleyman Soylu: “Azərbaycan qardaşlarımız gücümüzə güc qatır”
“Türkiyəni çənginə alan meşə yanğınlarının qarşısının alınması üçün dəstək verdiklərinə görə azərbaycanlı qardaşlarımıza öz təşəkkürümüzü bildiririk. Sözsüz ki, qardaşlıq bu günlər üçündür”. Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, Azərbaycan yanğınsöndürənləri istər Muğla, istərsə də Antalya şəhərlərindəki güclü yanğınların söndürülməsi üçün uğurla və qətiyyətlə fəaliyyət göstərir: “Həm duaları, həm də fiziki, …
Read More »İşğaldan azad olunmuş ərazilərimiz barədə məlumatlar Meksika radiosunda
Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizə səfər etmiş və buradakı erməni vandalizminin canlı şahidi olmuş meksikalı jurnalist Federiko Lamontun Gəncə şəhərində olarkən ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovla müsahibəsi Meksikanın nüfuzlu “ABC” radiosunda efirə edib. Boyukmillet.com xəbər verir ki, müsahibədə ilk olaraq, Azərbaycanın ikinci ən böyük şəhəri olan və münaqişə zonasından kənarda yerləşən Gəncə əhalisinin 44 günlük müharibə zamanı erməni silahlı qüvvələri …
Read More »Rusiya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb, Azərbaycan qarşı tərəfə nota verib
Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Boyukmillet.com xəbər verir ki, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
