İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm. Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir. İnanıram ki, kəskin şəkildə …
Read More »Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar İlham Əliyevə zəng edərək təbrik edib
Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ŞKTC Prezidentinin Mətbuat Xidməti məlumat verib. Prezident Ersin Tatar 5-ci dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyevlə telefon danışığı olub. Prezident Ersin Tatar “prezident seçkilərində qazandığı qələbəyə görə” Azərbaycan Prezidenti İlham Əliyevi öz adından və Kipr Türk xalqı adından təbrik edib …
Read More »Peter Mixalko Azərbaycan XİN-ə çağırılıb, Aİ-yə xəbərdarlıq olunub
Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyəti ciddi narahatlıq doğurur. Boyukmillet.com-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkoya bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd …
Read More »Səfir: Moskva və Bakı Qarabağda sülhməramlılarla bağlı danışıqların tarixlərini razılaşdırırlar
Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib. “Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”, – o deyib və Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 2025-ci ildə …
Read More »Rusiya səfiri: Ermənistan Naxçıvana nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları ləngidir
Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib. Diplomat vurğulayıb ki, bu mövzu Azərbaycan tərəfi üçün çox vacibdir: “Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün əlaqələr kəsilib, Naxçıvanın elektroenerji ilə təchiz …
Read More »Küveyt Dövlətinin Əmiri və Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi (KUNA) məlumat yayıb. Məlumatda bildirilib ki, Küveyt Əmiri Prezident İlham Əliyevə cansağlığı, Azərbaycana və onun dost xalqına sürətli inkişaf və çiçəklənmə arzulayıb. KUNA-nın digər bir xəbərinə görə, Küveyt Dövlətinin …
Read More »Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə səmimi təbriklərini ifadə edərək uğurlar, Azərbaycan xalqına isə davamlı …
Read More »Azərbaycan Prezidenti iranlı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi çatdırıram. Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və …
Read More »Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri İlham Əliyevi təbrik edib
Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru, xarici işlər nazirinin Qafqaz mənşəli yəhudilər üzrə müşaviri Pavel Yelizarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin adından Sizə və bütün Azərbaycan xalqına seçkilərdə qələbəniz münasibətilə səmimi təbriklərimizi çatdırıram. Azərbaycan ilə İsrail arasında …
Read More »KİV: Zəngəzur dəhlizi məsələsində İran Türkiyə ilə ortaq nöqtəyə gəlməlidir
Ankara və Bakı Zəngəzur dəhlizinin açılmasına çox yaxındır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalında dərc olunan “Türkiyəsiz nizam qalmayıb” sərlövhəli məqalədə yazılıb. Bildirilib ki, Zəngəzur dəhlizi gec-tez açılacaq: “Beləliklə, Türkiyə ilə türk dövləltəri arasında quru yolu təmin olunacaq. Bu dəhliz İranı narahat edir. Amma Tehran öz maraqları naminə Ankara ilə ortaq nöqtəyə gəlməlidir”.Məqalədə, həmçinin yazılıb ki, regionda …
Read More »