Cümə , 5 Dekabr 2025

Xarici siyasət

Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa “TruthSocial” hesabında paylaşıma görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə “X”də yazıb. “Prezident Donald Tramp, təşəkkür edirəm, “TruthSocial” hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm”,-Azərbaycan Prezidenti qeyd edib. Dövlət başçısı …

Read More »

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə imzalanıb

“Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanmış sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Səid Əl Haceri Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadilə ediblər.

Read More »

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər

Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Şuşa qalasının önündə foto çəkdiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalanıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında 14 sənəd imzalanıb.  Boyukmillet.com xəbər verir ki, həmin sənədlər Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü zamanı imzalanıb.  Belə ki,  “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi …

Read More »

Bakı və Astana ictimai asayişin təmin edilməsində təcrübə mübadiləsini müzakirə edib

Qazaxıstanın Daxili İşlər Nazirliyinin (DİN) Milli Qvardiyasının nümayəndə heyəti Bakıya səfər çərçivəsində azərbaycanlı həmkarlarının ictimai asayişin təmin edilməsi üzrə iş təcrübəsi ilə tanış olub. Bu barədə “Report”un yerli bürosu Qazaxıstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir. “Qazaxıstan nümayəndə heyətinin rəhbəri, daxili işlər nazirinin müavini, Milli Qvardiyanın Baş komandanı Ansaqan Baltabekov Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovla görüşüb. Onunla ictimai asayişin …

Read More »

Azərbaycan Rusiyadan AZAL-ın vurulmasına görə həm etiraf, həm də təzminat tələb edir

2024-cü il dekabrın 25-də Aktau yaxınlığında vurularaq qəzaya uğrayan AZAL sərnişin təyyarəsi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayaraq təyyarənin qəzaya uğraması ilə bağlı sığortaların ödənildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1 milyard 3 milyon rubl (12.34 milyon ABŞ dolları) məbləğində sığorta kompensasiyası ödənilib:   “62 sərnişindən 46-sının xəsarət alması …

Read More »

Bakıdan Zaxarovaya cavab: Rusiya vətəndaşlarının həbsi münasibətlərin pisləşməsi kimi təqdim edilə bilməz

“Rusiya XİN-in sözçüsünün Azərbaycanda 13 vətəndaşının həbsini münasibətlərin pisləşməsi kimi qiymətləndirməsi və azadlığa buraxılmalarını, iki ölkə arasındakı əlaqələrin normallaşması üçün şərt kimi göstərməsi doğru yanaşma deyil”. Bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Azər Ayxan verib. Bir gün öncə Rusiya XİN sözçüsü Mariya Zaxarova “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması, Moskva ilə Bakı arasında münasibətlərin …

Read More »

Azərbaycan XİN: Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlılar təqib olunur

Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlılar təqib olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə sentyabrın 4-də mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin …

Read More »

Azərbaycan XİN funikulyor qəzası nəticəsində çoxsaylı insan ölümü ilə bağlı Portuqaliyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”,-məlumatda qeyd olunub. Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin əsas simvollarından biri olan “Qloriya” funikulyorunun sentyabrın 3-də relsdən çıxması …

Read More »

Politoloq: Ermənistanla diplomatik əlaqələrin qurulması Pakistanın regiona marağını vurğulayır

Azərbaycanla əməkdaşlıq Pakistanın xarici siyasətində xüsusi yer tutur, Ermənistanla diplomatik əlaqələrin qurulması haqqında qərar İslamabad tərəfindən Bakı ilə məsləhətləşmələrdən sonra və Cənubi Qafqazda vəziyyətin dəyişməsini nəzərə alaraq qəbul edilib. Bu barədə “Report”a açıqlamasında pakistanlı politoloq Basim Reza bildirib. Politoloq vurğulayıb ki, Cənubi Qafqazdakı dəyişikliklərlə əlaqədar olaraq Pakistan xarici siyasətini tənzimləməyi qərara alıb: “Cənubi Qafqazda yeni bir səhifə açan Ermənistan və Azərbaycan …

Read More »