Bazar , 23 Fevral 2025
Drone Cameras

Çempionlar Liqası: “Araz Naxçıvan” üçüncü oyununu keçirəcək

Bu gün “Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirəcək.

Boyukmillet.com xəbər verir ki, son ölkə çempionu Latviyanın “Raba” kollektivi ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin “Europa” klubunu 9:2 hesabı ilə üstələyib, ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib – 4:4. “Araz-Naxçıvan” hazırda 4 xalla qrupda 1-2-ci yerləri bölüşdürür.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Check Also

Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …