Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Çexiyanın Karla Enqlişe Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Çex-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin dəvəti ilə Çexiyanın Karla Enqlişe Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir. Universitetin rektor əvəzi dr. Yarmila Vaşulkova BDM-in ofisini ziyarət edib. Görüşdə Azərbaycan-Çexiya elmi-mədəni əlaqələri haqqında geniş müzakirə aparılıb. Yaxın aylarda adı çəkilən universitetdə Azərbaycan həqiqətləri ilə bağlı elmi konfransın keçirilməsi, orada Azərbaycan guşəsinin yaradılması haqqında razılıq əldə edilib. BDM sədri İsmayıl Ağayev ölkəmizin üzləşdiyi erməni təcavüzü ilə bağlı qonağa geniş məlumat verib. O, Çex ictimaiyyətinin Azərbaycan həqiqətlərinin daha yaxından öyrənməsi üçün bu kimi görüşlərin də xüsusi əhəmiyyətini qeyd edib. BDM-in Avropa təmsilçiliyinin rəhbəri Azər Kərimov Çexiyanın Moraviya bölgəsində yerləşən Karla Enqlişe Universitetində çox sayda azərbaycanlı tələbələrin təhsil aldığını bildirərək, təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib. BDM sədrinin birinci müavini Samir Adıgözəlli də öz növbəsində universitetdə təhsil alan azərbaycanlı tələbələrə yaradılan şəraitə görə dr. Vaşulkovaya minnətdarlığını bildirib. Karla Enqlişe Universitetinin rektor əvəzi dr. Yarmila Vaşulkova BDM-ə xüsusi dəvətə görə təşəkkürünü bildirərək Azərbaycanda olmaqdan məmnunluq hissi duyduğunu bildirib. O, Azərbaycanda gördüyü inkişafdan, insanların qonaqpərvərliyindən danışaraq,  Bakının gözəlliyinə vurulduğunu xüsusilə qeyd edib. Çexiyalı qonaqların Bilik Fondu və bir sıra Universitetlərlə də görüşləri nəzərdə tutulub. 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir