Şənbə , 19 Aprel 2025
Drone Cameras

Çimərliklərlə bağlı son monitorinqin nəticəsi: Yenə bakterioloji çirklənmə

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisindəki çimərliklərdə dəniz sularının çirklənməsi ilə bağlı növbəti monitorinq keçirib.

Bu barədə Trend-ə mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Şöbə müdiri bildirib ki, monitorinq nəticəsində ölkə ərazisində iki çimərlikdə dəniz suyunda bakterioloji çirklənmə aşkar edilib:

“Araşdırmalar zamanı məlum olub ki, Bakının Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyində bakterioloji çirklənmə aşkar edilib. Mərkəzin qərarı ilə həmin çimərliklərdə dəniz suyundan istifadə qadağan edilib. Digər çimərliklərdə isə vəziyyət normaldır”.

Z.Kazımov deyib ki, Sahil və Şıx çimərlikləri hazırda fəaliyyət göstərir:

“Çimərliklər fəaliyyət göstərir. Vətəndaşlar həmin çimərliklərdə istirahət edə bilərlər, amma dəniz suyundan istifadə etməməklə”.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir