Cümə , 27 Mart 2026
Drone Cameras

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı öldürülüb

Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

Boyukmillet.com “NTV”-yə istinadən xəbər verir ki, gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

“Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb”.

Check Also

Hörmüz boğazında hücuma məruz qalan yük gəmisi saya oturub

İki həftə əvvəl Hörmüz boğazında hücuma məruz qalmış Tailand bayrağı altında üzən “Mayuree Naree” yük …