Bazar , 16 Fevral 2025
Drone Cameras

Daha bir yeni nəşr: Naxçıvanın xüsusi mühafizə olunan təbiət əraziləri

Boyukmillet.com xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının Xüsusi mühafizə olunan təbiət əraziləri”  kitabı çapdan çıxıb. Nəfis şəkildə tərtib olunan kitabda “Qırmızı kitab”a daxil olan nadir fauna  və flora növləri haqqında məlumat verilib. 

Bundan başqa, oxucular Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Zəngəzur Milli Parkı, Ordubad Dövlət Təbiət Yasaqlığı, “Arazboyu” Dövlət Təbiət Yasaqlığı və “Arpaçay” Dövlət Təbiət Yasaqlığı haqqında  geniş informasiyalar əldə edə bilərlər. Kitabda, eyni zamanda həmin park, qoruq və yasaqlıqlarda mövcud olan fauna və flora növlərinin maraqlı fotoşəkilləri, eləcə də bu təbiət ərazilərinin yaradılması ilə bağlı fərman və sərəncamların surətləri də yer alıb.

Naxçıvandakı “Əcəmi” nəşriyyatının məhsulu olan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir