Göygöl Rayon Məhkəməsi Azərbaycan Mətbuat Şurasının qərarı ilə adı “reket” siyahısına salınan demokratik.az adlı domenin istifadəçisi, özünü bölgələrdə jurnalist kimi qələmə verən, əslində isə jurnalistika ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan Rzayev Osman Nərimanoğlunu yazdığı qərəzli, təhqir dolu yazılara görə 2000 manat cərimə edib. Buna səbəb tanınmış jurnalist, “Tərəqqi” medalı laureatı Əhməd İsayevin verdiyi şikayət olub. Jurnalistikadan şantaj aləti kimi istifadə edən Osman Rzayev qocaman jurnalist haqda yazdığı “Əhməd haradadır?” yazısında ekspertiza və məhkəmə şərəf və ləyaqətin təhqiri motivlərini müəyyən etdiyi üçün belə qərar verib. Qeyd edək ki, əsl adı və soyadı Osman Rzayev olan bu şəxs məmurlara və cəmiyyətə özünü Nərimanoğlu təxəllüsü ilə təqdim edir.
Onunla bağlı Göygöl Məhkəməsinə əvalə şikayətlər də edilib. Hazırda həmin məhkəmənin icraatında Osmana qarşı qaldırılan iki iddiaya baxılır. İddiaçılardan biri Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Digər iddaiçı isə tanınmış jurnalist Məhəmmədəli Qəriblidir. Azinforum.az-ın əldə etdiyi məlumata görə hər iki iş rəy verilməsi üçün ekspertizaya göndərilib. Azinforum.az mövzu ilə bağlı Məhəmmədəli Qəribli ilə əlaqə saxlayıb. Məhəmmədəli Qəribli saytımıza açıqlamasında bildirdi ki, “Şərəf və ləyaqətin müdafəsi” ilə bağlı demokratik.az adlı domenin istifadəçisi Rzayev Osman Nəriman oğlu barəsində etdiyi şikayətə Göygöl Rayon Məhkəməsi tərəfindən baxılır: “Jurnalistikaya heç bir aidiyyəti olmayan bu adamla bağlı nəsə danışmaq istəmirəm. Çünki səviyyələrimiz uyğun deyil. Yaxından uzaqdan heç bir tanışlığım olmayan bu adamın üzünü belə görməmişdim. Hazırda DTX tərəfindən insanları şantaj etmək ittihamı ilə həbs edilən bir dostunun sifarişi ilə məni hədəfə alıb, təhqir etməyə başladı. Məhkəməyə qədər bütün vasitələrdən istifadə etdim ki, həmin şəxs özünə yığışsın.
Sonda məsələnin hüquq müstəvisində araşdırılmasını tələb etmək məcburiyyətində qaldım. Onunla bağlı hazırda Göygöl rayon Məhkəməsində bir neçə şikayətə baxılır. Tanınmış jurnalsit Əhməd İsayevin şikayəti əsasında artıq onunla bağlı qərar qəbul edilib. Etdiyi təhqirə görə 2000 manat cərimə olunub. Ancaq təəssüflər olsun ki, bu cür ictimai və hüquqi tənbeh tədbirlərinə baxmayaraq, bu adam öz domeni vasitəsilə insanların şərəf və ləyaqətini ləkələməyə davam edir. Bunun qarşısının alınması ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şikayət ünvanlamağı palnalşdırıram ki, şantaj və təhqir üçün istifadə olunan domenə girişi məhdudlaşdırsınlar”.
Qeyd edək ki, Osman Nərimanoğlu xaricdən yayımlanan və Azərbaycanın siyasi rəhbərliyini və simvollarını daima təhqir edən Qurban Məmmədovun internet televiziyası ilə də yaxından əməkdaşlıq edir, ordakı siyasi verilişlərdə ekspert qismində çıxış edir. Azinforum.az “reket jurnalist” in Qurban Məmmədovla yaxından əməkdaşlığını sübut edən videomaterialı təqdim edir. Videonu bu linkə tiklamaqla iləyə bilərsiniz. https://ok.ru/live/900514455051