Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Azərbaycanda sentyabrın 1-nə təyin olunan Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək istəyən iddialılar zəruri prosedurların icrasına başlayıblar.

Boyukmillet.com xəbər verir ki, VI çağırış Milli Məclisin bitərəf statuslu deputatlarından bəziləri artıq 1 sentyabr seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Parlamentdəki bitərəf deputatlar korpusunun təmsilçisi olan Sahib Alıyev növbədənkənar seçkilərdə namizədliyini irəli sürdüyünü bildirib:

“Sənədlərimi 93 saylı Ağdaş seçki dairəsinə təqdim edərək imza vərəqələrini götürmüşəm. Mümkün olan qısa müddət ərzində tələb olunan sayda seçici imzaları toplanıb komissiyaya təqdim olunacaq”.

“Report”un sorğusunu cavablandıran Milli Məclisin digər bitərəfləri – Könül Nurullayeva (24 saylı Nizami birinci), Əminə Ağazadə (62 saylı Kürdəmir) və Jalə Əliyeva (95 saylı Zərdab-Kürdəmir-Ucar) da 1 sentyabr seçkilərinə qatıldıqlarını, sənədlərini artıq müvafiq Dairə seçki komissiyalarına təqdim etdiklərini bildiriblər.

Check Also

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib. Bu …