Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Daşkənddə azərbaycanlı şairin barelyefinin açılışı olub

Özbəkistanda yaşamış tanınmış azərbaycanlı şair, bu ölkənin Yazıçılar Birliyinin üzvü olmuş İxtiyar Rzanın Daşkənd şəhərində yaşadığı evin üzərinə onun xatirə löhvəsi vurulub.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, mərkəzin layihəsi əsasında hazırlanan lövhənin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın ictimai-mədəni həyatında azərbaycanlıların daim aktiv olduğunu və onların yaradıcılıqları iki ölkə arasında dostluq əlaqələrinin inkişafına təkan verdiyini söyləyib.
S.Abbasov Özbəkistandakı tanınmış azərbaycanlıların irsi, habelə şair İxtiyar Rzanın yaradıcılığı haqqında danışıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Gülbahar Aşurova Özbəkistanın inkişafında azərbaycanlıların roluna toxunub.
Qeyd edək ki, İxtiyar Rza 1969-2012-ci illərdə Daşkənd şəhərindəki Üçtəpə rayonunda yaşayıb.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir